Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Münxendə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb. Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edildi. Ölkəmizdə sərmayə qoyuluşu baxımından münbit şəraitin olduğu bildirildi.