Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonun PYD açıqlaması ilə bağlı sərt çıxışını şərh edən Pentaqon başçısı Eşton Karter "Türkiyənin hər zaman ABŞ-ın dostu və müttəfiqi olduğunu, bunun belə də davam edəcəyini”bildirib. Baki-xeber.com bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
"Bəzi aspektlərdə rəylərin haçalanmasına baxmayaraq, bizim ölkələrimiz terrorizmə qarşı eyni mövqedən çıxış edir. İŞİD üzərində qələbə çalmaqdan ötrü, yerli qüvvələrlə olduğu kimi, Türkiyə ilə də əməkdaşlığımızı davam etdirəcəyik”- deyə Pentaqon başçısı Brüsseldə bəyan edib.