Münhendə aparılan danışıqlarda tərəflər bir həftə ərzində Suriyada atəşkəs elan olunması barədə razılığa gəlib. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, belə bir bəyanatla ABŞ dövlət katibi Con Kerri çıxış edib.
NBC telekanalının xəbərinə görə, Beynəlxalq Suriyaya dəstək qrupunun imzaladığı kommünikedə Bəşər Əsəd rejimi və müxalifətin nəzərdə tutulan tədbirləri təsdiq etməli olduğu göstərilir. "Hərbi əməliyyatların dayandırılması yalnız bu təsdiqdən sonra həftə ərzində baş tuta bilər” – sənəddə deyilir.
Bu arada Rusiya XİN başçısı Sergry Lavrov deyib ki, atəşkəs rejimi BMT TŞ-nın terrorçu kimi tanıdığı qruplara tətbiq edilməyəcək. O həmçinin bildirib ki, Vaşinqtonla Moskva arasında birbaşa əlaqələr bərpa olunmalıdır.