Cümə axşamı günü, 05 noyabr 2026
     

Ramil Usubov Bərdə ictimaiyyəti ilə postneft dövrünün üç əsas çağırışı barədə tam açıq müzakirə keçirdi...

Image


Cinayətkarlıqla daha qəti mübarizə, yerli iqtisadiyyatların dirçəlişi və əhalinin sosial durumunun yaxşılaşdırılması yolları...

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 10-da Bərdə şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Əvvəlcə ümum milli lider Heydər Əliyevin Bərdə şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
DİN-in mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, rayon İcra Hakimiyyətində keçirilən görüşdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, köklü iqtisadi islahatların aparılacağına dair proqram xarakterli nitqindən irəli gələn yeni vəzifələr və onların həlli yolları geniş müzakirə edilib.
Nazir Ramil Usubov tədbirin Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən keçirildiyini, son günlər respublikamızın bütün bölgələrində açıq və qarşılıqlı fikir mübadiləsi şəklində baş tutan toplantılarda əsas məqsədin yerli iqtisadiyyatın və sahibkarlığın inkişafı istiqamətində vətəndaşları narahat edən problemlərin öyrənilməsi, onların aradan qaldırılması yollarının müəyyənləşdirilməsi, əhalinin məşğulluq probleminin həllinə əməli köməkliyin göstərilməsi olduğunu bildirib.
Daxili işlər naziri Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsində özünün uzaqgörən dövlətçilik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirən ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun son 12 ildə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, həyata keçirilən hərtərəfli sosial, iqtisadi, hüquqi və demokratik islahatlar nəticəsində ölkəmizin böyük uğurlar qazandığını xüsusi vurğulayıb. Məmnunluqla qeyd olunub ki, Azərbaycan yeni minilliyə təkcə müstəqil dövlət kimi daxil olmayıb, həm də özünün alternativi olmayan siyasi kursunu, mükəmməl sosial-iqtisadi və mədəni inkişaf konsepsiyalarını gətirib. Dövlətçiliyimizin güclənməsi, sosial-iqtisadi inkişafın sürətlənməsi, əhalinin rifahının yüksəlməsi, hüquqi, demokratik islahatların dərinləşməsi ilə səciyyələnən həmin dövrün bütün uğur və nailiyyətləri yalnız milli liderimiz tərəfindən qoyulan möhkəm təməl sayəsində mümkün olub.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev son illər rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər, görülən abadlıq, quruculuq işləri və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Daha sonra Ramil Usubov geniş məruzə ilə çıxış edərək ölkə başçısının dövlət qurumları və yerli icra strukturları qarşısında sahibkarlığın inkişafı, bürokratik əngəllərin aradan qaldırılması, respublikamızın iqtisadi və maliyyə təhlükəsizliyinin təmini və digər sahələrdə qarşıya qoyduğu vəzifələr barədə danışıb. O, Azərbaycanın bu gün dünyada sabit və davamlı inkişaf edən iqtisadiyyata, mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayan bir dövlət kimi tanındığını, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətlərinin və beynəlxalq təşkilatların ilk növbədə ölkəmizin mövqeyini nəzərə aldıqlarını bildirib. Qeyd olunub ki, bütün bunlar dövlət başçısının həyata keçirdiyi daxili və xarici siyasətin uğurlu olduğunu, milli maraqların təmin edilməsinə yönəldiyini əyani surətdə təsdiqləyir.
Nazir qazanılan bütün uğurların əsasında ölkəmizdə ictimai-siyasi sabitliyin dayanması barədə Prezidentin dəfələrlə qeyd etdiyi fikri bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Dövlət başçısının rəhbərliyi altında hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə əlaqəli və səmərəli fəaliyyəti nəticəsində son illər cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə olunmuş müsbət nəticələr barədə qısa məlumat verib. Son 12 ildə cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin təmini sahəsində fəaliyyət də davamlı olub, digər hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirilən tədbirlər nəticəsində əməliyyat şəraitinin bütövlükdə nəzarətdə saxlandığı qeyd olunub.
Daha sonra ölkədə aparılan iqtisadi islahatlara toxunan məruzəçi deyib ki, yeni iqtisadi siyasət nəticəsində maliyyə sistemi sabitləşəcək, bank sektoru mövcud vəziyyətdən çıxacaq və onun davamlı inkişafı və milli valyutamıza etimad bərpa olunacaq, biznes mühiti daha da yaxşılaşacaq. Bildirilib ki, Azərbaycan öz iqtisadiyyatının dayanıqlılığını, inkişaf dinamikasını, daxili resurslardan istifadə strategiyasını düzgün müəyyən edib. Neftdən gələn vəsaitdən gələcək inkişafımız üçün çox böyük işlər görülüb. Belə ki, ötən illərdə neft gəlirləri ölkəmizdə qeyri-neft sektorunun inkişafına, "qara qızıl"ın insan kapitalına çevrilməsinə yönəldilib. Beynəlxalq maliyyə təşkilatlarının da ümumi qənaəti belədir ki, ayrı-ayrı sahələrdə həyata keçiriləcək tədbirlər nəticəsində Azərbaycanda dayanıqlı iqtisadi inkişaf 2016-cı ildə də təmin olunacaq.
Daxili işlər naziri qarşıda duran əsas vəzifələrdən də danışıb. O, aparılacaq struktur islahatlarının və neqativ hallara qarşı mübarizənin gücləndirilməsinin izafi xərclərin qarşısını alacağını, dövlət idarəçiliyi sisteminin çevikliyini və səmərəliliyini artıracağını, eyni zamanda, işgüzar mühitin inkişaf etdirilməsi, inhisarçılıq, bürokratiya, korrupsiya və rüşvətxorluq kimi mənfi amillərin tam aradan qaldırılması istiqamətində məqsədyönlü iş aparıldığını diqqətə çatdırıb.
Ramil Usubov ölkə başçısı tərəfindən dövlət qurumlarının və icra strukturlarının qarşısında iş adamları üçün lazımi şəraitin yaradılmasının bir vəzifə kimi qoyulduğunu, son aylar kənd təsərrüfatında, sənayedə, biznes mühitində daha çevik idarəetmə mexanizmlərinin tətbiq edildiyini, sahibkarlığın inkişafına maneələrin qanunvericilik səviyyəsində aradan qaldırıldığını, kompleks tədbirlərin həyata keçirildiyini qeyd edib. Bu məqsədlə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılmasında şəffaflığın və obyektivliyin, bu sahədə çoxpilləliyin təmin edilməsi, şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə dövlət başçısı tərəfindən cari il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında və mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında fərmanlar imzalandığını xatırladıb.
Bu istiqamətdə digər əhəmiyyətli addımın həmin tarixdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması barədə Prezidentin imzaladığı daha bir fərman olduğunu nəzərə çatdırıb. Ölkəmizin maliyyə sektorunun dayanıqlılığının təmin edilməsinə və bu sahədə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə yönəlmiş bütün tədbirlərin sahibkarlığın inkişafına, yerli istehsalın stimullaşdırılmasına və maliyyə dayanıqlılığının təmin olunmasına xidmət etdiyini, yerli istehsalı qorumaqla yanaşı, azad rəqabətin və azad qiymətlərin təmin edilməsinə yönəldiyini vurğulayıb.
Azərbaycanın iqtisadi inkişafının baza sütunlarından birinə çevrilən, 2004-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə 3 Dövlət Proqramının qəbul edildiyini və onların icrasının əhəmiyyətini vurğulayan nazir R.Usubov bu konseptual sənədlərin, ölkəmizin sürətli inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşmasında, bölgələrin simasının xeyli dəyişməsində, müasirləşməsində mühüm rol oynadığından söz açıb. Həmçinin, hazırda 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icra olunduğunu bildirərək, həmin sənəddə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinin ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməsinə, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaratdığına diqqəti çəkib. Dövlət proqramlarının icrası çərçivəsində, respublikamızın bütün bölgələrində olduğu kimi, Bərdədə də böyük işlər görüldüyünü, bu məqsədlə rayonda müxtəlif təyinatlı obyektlərin istismara verildiyini xatırladıb.
Nazir diqqətəlayiq bir faktı xüsusilə vurğulayıb ki, dövlət başçısı rayonda görülmüş işlərlə tanış olmaq üçün 2004-2015-ci illərdə 7 dəfə Bərdə rayonuna səfər edib. Ötən il mart ayının 12-də müxtəlif təyinatlı obyektlərdə olub, 47 hektar ərazini əhatə edən Heydər Əliyev adına park-bulvarın, 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksinin, Uşaq İncəsənət Məktəbinin, avtomobil yollarının və vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional "ASAN xidmət" mərkəzinin açılış mərasimlərində şəxsən iştirak edib, Bərdə türbəsində aparılan təmir işlərinin gedişi ilə tanış olub.
Daxili işlər naziri Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin nəticələrinə həsr olunmuş iclaslarda dövlət başçısının iqtisadi inkişaf templərinin daxili resurslar, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları hesabına 2016-cı ildə də təmin edilməsi, dövlət vəsaitlərinin xərclənməsində israfçılığın qarşısının alınması, ciddi maliyyə, ictimai, dövlət nəzarətinin olması, ictimai nəzarət mexanizmlərinin işə salınması, inhisarçılığa, bürokratiyaya, korrupsiyaya və rüşvətxorluğa qarşı davamlı mübarizə aparılmasına dair ciddi tələblər qoyduğunu xatırladıb. O cümlədən, yerli sahibkarların ölkə iqtisadiyyatına daha çox sərmayə qoymaları, bunun üçün icra qurumlarının lazımi şərait yaratması, biznes mühitinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi, sahibkarların işinə hər hansı müdaxilənin yolverilməzliyi, onların bu işə həvəsləndirilməsi, istehsal olunan məhsulun satılması üçün əlverişli şəraitin yaradılması, məhsulun saxlanması məqsədilə xüsusi anbarların, bazaların inşa edilməsi, bölgələrdə sənaye zonalarının yaradılması və s. kimi mühüm vəzifələrin də qarşıya qoyulduğu diqqətə çatdırılıb.
Bu istiqamətdə önəmli məsəslələrdən biri kimi bankların sahibkarlara güzəştli kreditlər verməsinin, iri fermer təsərrüfatlarının yaradılmasının, aqrar bölgələr içərisində pambıq istehsalına görə həmişə öndə olan Bərdədə pambıqçılığın inkişafının, rayonda pambıqtəmizləyici zavodların, əyirici kombinatların, toxuculuq fabriklərinin tikilməsinin, Qarabağ bölgəsində ənənəvi sənət növlərindən biri kimi xalçaçılığın bərpasının, yerli icra orqanlarının öz işlərini məqsədyönlü qurmalarınnı, təşəbbüskar olmalarının, cənab Prezidentin qeyd etdiyi kimi, icra qurumlarının bundan sonrakı fəaliyyətinə qiymətin məhz investisiya cəlbi və büdcədən asılılığı aradan qaldırmaq bacarığına görə veriləcəyinin, həmçinin, vətəndaşlarımızın mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinin, məmur-vətəndaş münasibətlərinin, təhsillə bağlı məsələlərin hər zaman diqqətdə saxlanmasının vacibliyini nəzərə çatdırıb. Qeyd edilib ki, bu gün hər bir Azərbaycan vətəndaşı, o cümlədən özəl sektorun təmsilçiləri antiböhran tədbirlərinə öz dəstək və töhfələrini verməli və qlobal böhranın ölkəmizə təsirinin minimuma endirilməsinə yardımçı olmalıdır.
Nazir əmin olduğunu bildirib ki, Prezidentin böyük səyləri, ölkəmizin güclü iqtisadi-maliyyə potensialı, iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası qarşıya qoyulmuş hədəflərə nail olunmasına, o cümlədən Bərdə rayonunun da inkişafının stimullaşdırılmasına və əhalinin məşğulluğunun artırılmasına əlverişli zəmin yaradacaq.
Görüşdə çıxış edən sahibkarlar və ictimaiyyət nümayəndələri Prezident İlham Əliyevin antiböhran tədbirlərini, yerlərdə biznes mühitinin inkişafına yönəlmiş qətiyyətli addımlarını dəstəklədiklərini bildirib, bu istiqamətdə bəzi arzu və təkliflərini səsləndirib, göstərilən ali diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ediblər.
Daxili işlər naziri Ramil Usubov görüşdə səslənmiş təklif və müraciətlərin aidiyyəti üzrə baxılıb həllinə köməklik göstəriləcəyini qeyd edib. Görüşdə Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Zahid Oruc iştirak edib.
Xəbər xidməti




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ