Dağıstanda "donuz qripi”nə yoluxanların sayı 107-yə çatıb. Baki-xeber.com-un xəbərinə görə, bu barədə RİA”Novosti” regional səhiyyə idarəsinə istinadən bildirir. "Bu günə kimi H1N1 virusuna yoluxanların sayı 107 nəfər təşkil edir”- deyə qurumdan bildiriblər.
Onlardan yalnız 5 nəfərinin ölüm faktının qeydə alındığı xəbər verilir.