Özbəkistanın mərkəzi hissəsindəki Qızılqum səhrası görünməmiş qar yağışına məruz qalıb. Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə ölkənin ekologiya üzrə dövlət komitəsi məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, qışın başlamasından ötən müddət ərzində ilk dəfədir ki, ölkədə havanın hərarəti 5-8 dərəcə minusa qədər enib.
Qızılqum səhrası 300 min kvadrat kilometr sahəyə malik olub, Amudərya və Sırdərya çayları arasında yerləşir. Normalda həmin ərazinin illik yağıntı norması 100-200 millimetrdən artıq olmur.