Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ankaranın səbrinin sonu çatarsa, Suriyada aktiv fəaliyyətə başlaya biləcəyi barədə xəbərdarlıq edib.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Reuters” xəbər yayıb. "Biz müəyyən ana qədər təmkin nümayiş etdirə bilərik, lakin sonra gərəkən addımları atacağıq. Aviazərbələrə son verilməzsə, yeni qaçqın dalğası 600 minə yaxın insanı əhatə edə bilər” – deyə sahibkarlarla görüşündə Ərdoğan bildirib.
Xəbərdə qeyd olunur ki, Türkiyə prezidentinin məyusluğuna Hələb şəhərində baş verən döyüşlər və BMT-nin bu məsələdə ikiüzlülüyü səbəb olub. O qeyd edib ki, BMT tökülən qanları durdurmaq əvəzinə Ankaranı qaçqınlara dəstək olmağa çağırır.