"Boko-Haram”ın terror aktı törətmək üçün göndərdiyi yeniyetmə qız özünü partlatmaq əvəzinə təslim olmağı seçib.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Associated Press” agentliyi xəbər yayıb. Yerli özünümüdafiə qüvvələrinin təmsilçiləri bildiriblər ki, terror örgütü qızı özünü insanların çox olduğu yerdə partlatmaqla bağlı təlimatlandırıb. Lakin qorxmuş qızcığaz intihar kəmərini üzərindən açaraq təslim olmağı seçib. Daha sonra o, partlayıcı qurğunu təslim olduğu hüquq-mühafizə qüvvələrinə göstərib. Onun "Boko-Haram”ın planlaşdırılan teraktlarından bəzi detalları açdığı da bildirir. Ayrıca intiharçı qız deyib ki, onunla bərabər daha iki qızı partlayış törətməyə göndəriblər, nəticədə azı 60 nəfər həlak olub.
Xatırladaq ki, bu gün Nigeriyada dalbadal törədilən iki partlayış nəticəsində 60 nəfərin həlak olması barədə daha öncə xəbər verilib.