Bu gün Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə dələduzluqda təqsirləndirilən Atif Yunus və Leyla Yunusun müalicə məqsədilə xarici ölkəyə getməsinə icazə verilməsilə bağlı müraciətinə baxılıb. Təqsirləndirilən şəxslərin vəkilləri Elçin Sadıqovun Trend-ə verdiyi məlumata görə, prosesdə müraciət təmin edilməyib.
Vəkil bildirib ki, qərardan apelyasiya şikayəti veriləcək.
E.Sadıqov bildirib ki, hazırda A.Yunus şiddətli, həyati təhlükəli arterial hipertenziya (3-cü dərəcə, 240/120), 2 dəfə iflicdən sonrakı vəziyyət, arxa boyun nahiyəsində naməlum ağrılardan əziyyət çəkir, gələcək fəsadların, həmçinin xəstənin ölümünün qarşısının alınması üçün onun yüksək ixtisaslaşdırılmış xəstəxana şəraitində nəzarət altında olması zəruridir.