Rusiya martın 1-dən Suriyada atəşkəs elan edə bilər. Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Reuters”ə Qərb mənbələrindən bəlli olub.
Mənbə bildirib ki, ABŞ Rusiyanın bu mövzuda təklifinin bir çox bəndlərindən narahatdır və o üzdən hələlik razılıq əldə olunmayıb. ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner isə deyib ki, Suriyada atəşkəsin elan olunması barədə Moskvanın mümkün təklifi səsləndirəcəyi konkret tarix ona bəllidir. "Düşünürəm, biz bu varianta üstünlük verməliyik” - o deyib.
Qeyd edək ki, 9 fevral tarixində Rusiya XİN başçısı Sergey Lavrov Moskvanın ABŞ-a Suriyada atəşkəs barədə plan təklif etdiyini bildirib. Detalları açıqlaya bilməyəcəyini deyən lavrov yalnız onu bildirib ki, plan Bəşər Əsədin qəti şəkildə hakimiyyətdən getməli olduğunu nəzərdə tutmur. O, Vaşinqtonun planın "sadə şərtlərinə” razılaşacağına ümid etdiklərini bildirib.
Daha öncə isə Rusiya Federasiyasının BMT-dəki nümayəndəsi Vitali Çurkin koalisiya qüvvələrinin Suriyada hərbi əməliyyatları davam etdiyi müddətdə Rusiyanın bombardmandan imtina etməyəcəyini bildirib.