Azərbaycanın Baş prokuroru Zakir Qaralov cari il fevralın 19-da saat 11:00-da Kürdəmir rayon prokurorluğunun inzibati binasında Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan və Göyçay rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Baş prokurorluğun Mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Kürdəmir şəhərinə gəlmələri müvafiq rayon prokurorları tərəfindən təşkil olunacaq.