Cümə axşamı günü, 05 noyabr 2026
     

Zakir Nəsirovun "cinayət və cəzası" yenidən gündəmdə...

Image


11 il əvvəlki hadisələri yenidən aktuallaşdıran sabiq polis rəisi, "Polisə Dəstək" İB-nin sədri, tanınmış ictimai xadim Şəmsəddin Əliyevdir. Hüquqşünas köhnə hadisəyə qayıtmağa niyə böyük əsas görür? Hər şeyi müəllifin öz məqaləsində oxuyun. Beləliklə, Şəmsəddin Əliyev yazır: "Azərbaycan Xalq Cumhuriyyətinin idarəçilik ömrü qısa zamanda iflasa uğradı.
Lakin, bu qısa zaman ərzində bir neçə orqanın peşə bayramı bizə miras qaldı - Silahlı Qüvvələri Günü - 26 iyun, dövlətin simvolu olan 9 noyabr Bayraq Günü və 2 iyul Polis Günü indi də təntənəli şəkildə qeyd edilir. Peşəkarlıq və şərəfli xidmət yolu keçmiş Azərbaycan polisinin dövlətin cinayətkarlıqla mübarizə siyasətinin həyata keçirilməsində danılmaz xidmətləri var. Dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. Polisin həm AXC dövründə və ondan sonra, həm də müasir demokratik Azərbaycan dövlətinin qurulmasında rolunu danmaq qəbahət olardı. Müstəqil Azərbaycanın Milli Ordusunun formalaşmadığı bir ərəfədə polis daxildə cinayətkarlıqla mübarizəni davam etdirməklə paralel, ərazi bütövlüyümüzü işğal etmək niyyətindən geri çəkilməyən məkrli erməni ordusuna qarşı şücaətlə (əslində rusun dəstək verdiyi qoşunlarına qarşı) döyüşməkdən də çəkinmirdi. Polis əməkdaşlarından sağlamlığını itirənlər, cəsarət və mərdliklə canını fəda edib şəhid olanlar da az deyil. Ölənlərin ruhu şad olsun, qalanlara isə can sağlığı arzulayırıq.
Konstitusion quruluşun dayanıqlığını, davamlılığını və toxunulmazlığını təmin edən polis orqanlarını, təssüf ki, nüfuzdan salmaq, cinayətkarlıqla mübarizə lövhəsində öncül yerdə olan polisi şərləmək, onun fəaliyyət istiqamətini yamsılamaq yolunu seçənlər də oldu. Bu, "qara kəmər" ("qisas kəməri" kimi də dəyərləndirmək olar.) əhvalatı həm də qara bir əməliyyat olaraq cəmiyyətin yaddaşında qaldı. Mən bununla heç də həddini aşan, sui-istifadə hallarına yol verən bəzi polis əməkdaşlarını" mühafizə qəlibinə salmağın tərəfdarı kimi çıxış etmirəm.
Nə baş verdi? "Qara kəmər" əməliyyatı "cinayətkarlıqla", "korrupsiya" ilə mübrizədən çox, nüfuzlu bir Mərkəzi İcra hakimiyyəti orqanının müvazinətini laxlatdı. Bu qəsd idi, qatı bir qəsd. Amma ictimai asayişin mühafizə özülünə təsir edə bilmədi, qəddi əyilmədi. "Əməliyyatın" məqsəd və motivi, daha doğrusu leytmotivi də vətəndaş cəmiyyətinin sağlam təbəqəsinə bəlli idi. Həmin vaxt dövlət başçısı İlham Əliyev hadisəni düzgün qiymətləndirdi, kölgəli, bulanıq niyyətlərin üstünə çarpaz xətt çəkdi.
Bəs, sonra nə baş verdi? Tarixi zamanın diqtəsi ilə böyük dahilər yazır. Sıravi vətəndaşlar bu prosesin yalnız şahidləri kimi tarixdə qalırlar. Zamanın dəyirmanının "çax- -çuxu" baş ağrıtsa da, möhür gec vurulur. Möhür zamanın şəhadət barmağının izidir. O zamanın rəmzi və silinməzdir. Ona hörmətsizlik isə qəbul edilməz! Atalar demişkən: "Nə tökərsən aşına, o da çıxar qaşığına"; "Gülmə qonşuna, gələr başına" və s. və i.a. .
"Qara kəmər"dən sonra qara piarlar başlandı. Daxili İşlər Nazirliyinin yüksək rütbəli şəxsləri məsuliyyətə cəlb olundular, bəziləri ömürlük azadlıqdam məhrum etmə cəzasına məhkum edildi. DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Zakir Nəsirov da ömürlük həbs olunanların sırasında qaldı. General Zakir Nəsirov DİN mərkəzi aparatının baş idarəsinin rəisi kimi umummilli lider Heydər Əliyev tərəfindən imzalanan aktla ilk generaldır. Təkrar edirəm, general rütbəsini Zakir Nəsirova Heydər Əliyev vermişdi. Heydər Əliyev çox gözəl bilirdi ki, general rütbəsini kimə və niyə verir. Bəs necə oldu ki, yüksək rütbə sahibi etimadı doğrulda bilmədi, nə mane oldu? İctimai rəydə və Zakir Nəsirovu tanıyan həmkarların yaddaşında həmin vaxt və indi də o, belə xatırlanır: İşini yaxşı bilirdi, yüksək peşəkarlığa malik əməliyyatçı, nəfsinə hakim duran, dövlətinə, vətəninə, göstərilən etimada sədaqət nümayiş etdirən generallardandır. Cinayətkarlıqla mübarizədə prinsipallığa, qanunçuluğa, humanistliyə həmişə önəm vermişdir. Haqqında şər, böhtan söyləyən eşitməmişəm... Belə rəylərdən sonra onun zahiri görünüşü və qiyafəsidə Zakir müəllimin günahsız olduğuna şəhadət verir. Yəni günahı varsa da, tətbiq olunan ömürlük azadlıqdan məhrum etmək cəzasının həddində deyil - desəm yəqin həmkarlarım məni qınamaz!
Yenə ictimaiyyətin müəyyən qismi belə ehtimal edir: "Zakir müəllimə qarşı ədalətsizlik oldu."
General Zakir Nəsirovun ən pis halda günahı baş verənlər barədə tədbir görməməsi ola bilərdi. Buna görə isə cəza çəkmə müddəti artıq bitmişdir. O, əfv edilə, bəraət ala və cəzanın çəkilməmiş hissəsindən azad oluna bilər. Həbsxana şəraitində özünü nümunəvi aparmış, heç bir hüquqpozmalara yol verməmişdir.
Hüquqşünas qənaətimə görə, Zakir Nəsirovun cəzasının qalan hissəsinin çəkilməsinə lüzum qalmır. Zakir Nəsirovun psixi münasibəti və təfəkkürü heç vaxt belə əməllərin iştirakçısı olmağa imkan vermir. KİV-də olan məlumatlardan görünür ki, Zakir Nəsirovun əlavə kassasiya qaydasında verdiyi şikayətin baxılmasına prosesual start verilib. İstintaq zamanı iddia edilən pozulmuş normaların tələblərinə nə dərəcədə riayət edilməsi öyrəniləcək, generalın əməlinə verilmiş cinayət hüquqi qiymətin düzgünlüyünə diqqət yetiriləcək. Eyni zamanda birinci instansiya məhkəməsinin və apelyasiya məhkəməsinin mübahisə edilən məhkəmə aktlarının qanuniliyi də diqqət çəkəcək.
Sonda; Rəvayətə görə, bir adamın qoyunları gecə vaxtı bir əkinçinin tarlasına girib, əkinini zay edir. Əkinçi ziyanın ödənilməsi tələbilə Həzrəti Davudun hüzuruna gedib şikayət edir. Zərərin qiyməti qoyunların qiymətinə bərabər olduğundan, Davud Peyğəmbər qoyunların əkinçiyə verilməsini əmr edir. On bir yaşlı oğlu Süleyman Peyğəmbər isə daha ədalətli qərar verir: Əkin tarlasını əvvəlki halına gəlincəyə qədər qoyun sahibinə verməyi (qoyun sahibi tarlanın əvvəlki vəziyyətini bərpa edənədək) və bu müddət ərzində qoyunların südü və yunundan istifadə etməklə, qoyunların da əkinçiyə verməyi uyğun hesab edir.
Şübhəm yoxdur ki, şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən obyektiv baxılacaq. Əvvəlki məhkəmə aktlarındakı prosesual çatışmazlıqlara da aydınlıq gətiriləcək. Ədalət zəfər çalacaq.
Zakir Nəsirovun vəkili təcrübəli hüquqşünas Adil İsmayılovun da peşəkarlığı burada, inşaallah, nəticəsini verəcək. Allah hamının qapısını açsın!
Şəmsəddin Əliyev,
Hüquqşünas-publisist




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ