ABŞ-ın Ankaradakı səfiri Con Bass Türkiyə xarici siyasət idarəsinə çağırılıb. Baki-xeber.com-un Anadolu Agentliyindən əldə etdiyi xəbərə görə, ondan ABŞ XİN başçısı Con Kirbinin PYD açıqlamasına aydınlıq gətirilməsi tələb olunub.
Diplomatik mənbələrin məkumatına görə, Türkiyə XİN-in rəsmisi Ümid Yalçın Con Kirbinin PYD açıqlamasından narahatlıq duyduqlarını ABŞ səfirinin diqqətinə çatdırıb.
Xatırladaq ki, Con Kirbi Ağ Evdəki gündəlik mətbuat konfransında ABŞ-ın "PYD-ni terrorçu təşkilat olaraq tanımadığını” bildirib. Kirbi əlavə edib ki, Türkiyə ilə bu mövzuda məsləhətləşmələr davam edəcək. "Türkiyə dost və ittifaq ölkəsidir” – deyə o, sonda bildirib.