"İslam dövləti” terrorçu qrupunun Yekaterinburqda ələ keçən üzvlərinin burada metroda və Ticarət Mərkəzində terror aktları planlaşdırdığı ortaya çıxıb. Baki-xeber.com bildirir ki, bu barədə "Kommersant” Sverdlovsk diyarının hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.
"Söhbət metrodan və şəhərdəki Ticarət mərkəzlərinin birindən gedir” – mənbə bildirib.
Qeyd edək ki, bu günlərdə Yekaterinburqda İŞİD-in 7 üzvü ələ keçib. Sonradan bəlli olub ki, onlar Moskvada, Sankt-Peterburqda və Uralda terror aktları törətməyi planlaşdırırmış. Onların hamısı barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.