Rusiyanın radikal "Pleskov Slavik Qrupu” İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, azərbaycanlı alim Vüqar Bayramovu ölümlə təhdid edib.
Lent.az-ın məlumatına görə, bu barədə V.Bayramov özü açıqlama yayıb. Onun sözlərinə görə, rəhbəri olduğu qurum dünyanın aparıcı beyin mərkəzlərinin biri kimi son illər Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçiləndən bir sıra radikal qrupların təhdidi ilə üzləşib. Belə ki, Rusiyanın radikal "Pleskov Slavik Qrupu” CESD-ni yəhudilərin yaratdığı mərkəz adlandıraraq onun sədrini zəhərləməyə çağırmaqdan belə çəkinməyib. Son hesabatında Pleskov Qrupu yazır: "CESD-nin sədri Vaşinqton Universitetinin məzunu Amerika şinelindən çixmış Vüqar Bayramov səciyyəvi Xəzər yəhudisidir. Əgər onunla yemək yesəniz sadəcə onu zəhərləyin”. Daha sonra CESD haqqında məlumat verilir.