Bu gün İran prezidenti Həsən Ruhani ilə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili arasında telefon danışığı olub.
Baki-xeber.com-un Vestnik Kavkaza saytına istinadən xəbərinə görə, İran prezidenti deyib ki, Tehran və Tiflis bütün sahələrdə münasibətləri yaxşılaşdırmalıdır. "İran və Gürcüstan arasında iqtisadi və mədəni əməkdaşlıq hər iki xalqın maraqları çərçivəsində inkişaf etməlidir” – o deyib. Hər iki ölkənin iqtisadi əməkdaşlığı gücləndirmək üçün potensiala sahib olduğunu deyən Ruhani onu da xüsusi olaraq vurğulayıb ki, viza rejiminin qldırılması bu məqsədə öz töhfəsini verə bilər.
Öz növbəsində Gürcüstan baş naziri də ölkəsinin ikitərəfli münasibətlərdə yeni səhifə açmaqda maraqlı olduğunu deyib. Yaxın zamanlarda irana səfər edəcəyini deyən Kvirikaşvili Ruhanini də Tiflisə dəvət edib.