Bu gün Bəhreyn kralı Hamad ben İsa əl-Xəlifə ilə Soçidə görüşən Putin ona at hədiyyə edib. Baki-xeber.com bu barədə vesti.ru saytına istinadən bildirir.
Xəbərə görə, bu, Axaltəkə cinsindən olan Hacibek adlı atdır. Dəyərli hədiyyənin qarşılığında kral da borclu qalmayıb və Putinə Dəməşq poladından tökülmüş qılınc hədiyyə edib. Lakin bu zaman Putinin bir maraqlı hərəkəti diqqətləri üzərinə çəkib. Belə ki, o, qədım rus ənənəsinə sadiq qalaraq, qılıncın qarşılığında simvolik olaraq krala qəpiklə "ödəniş” edib. Məsələ burasındadır ki, rusların inancına görə, silah hədiyyə edilərkən mütləq onun qarşılığı, simvolik məbləğlə də olsa, ödənməlidir ki, düşmənçilik baş verməsin və o silah açılmasın.
Putinin bir neçə cəbhədə savaş açmasına baxmayaraq bu ənənəyə diqqət yetirməsi isə həqiqətən maraqlı alınıb.