Şimali Osetiyanın Fövqəladə Hallar Hazirliyi Baş İdarəsi bu gün həddindən artıq pis hava şəraiti üzündən Vladiqafqaz – Yuxarı Lars yolunun Rusiya hissəsinin bağlandığını elan edib.
Baki-xeber.com-un "Vestnik Kavkaza” saytına istinadən xəbərinə görə, bu barədə qurumun saytı xəbər verir. Bildirilir ki, həmin yol və onunla birgə Gürcüstanla avtomobil əlaqəsi "xüsusi icazə gələnə kimi” bağlı qalacaq.
Xatırladaq ki, daha öncə Gürcüstan tərəfi çovğunla əlaqədar hərbi Gürcüstan yolunun 16-cı kilometrliyindəki ərazinin bağlandığını xəbər vermişdi.