"Borispol” aeroportunda Kiyev-Tiflis reysinnə olay yaşanıb.
Baki-xeber.com-un vesti.ru saytına istinadən xəbərinə görə, təyyarədə olan Gürcüstan vətəndaşı terrorist olduğunu bildirib və çantasında bomba olduğunu deyib. RİA”Novosti”nin xəbərinə görə, həmin şəxs təyyarədən endirilib və çantasına baxış keçirilib. Eyni zamanda digər sərnişinlərin də yükləri yoxlanıb, lakin heç bir təhlükəli əşya aşkarlanmayıb. Bundan sonra təyyarə yoluna davam edib, həmin sərnişin isə bufer zonasında saxlanıb. Onun növbəti reyslə Tiflisə göndəriləcəyi bildirilib. Sərnişinin bu davranışına alkoqol qəbul etməsinin səbəb olduğu güman edilir.