Birləşmiş Ərəb əmirlikləri hökuməti Suriyada "İslam dövləti”nə qarşı yerüstü əməliyyatların aparılmasından ötrü buraya qoşun yeritməyə hazır olduğunu bəyan edib. Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Reuters” xəbər yayıb.
Xəbərdə bildirilir ki, bu barədə Krallığın xarici işlər naziri Ənvər Qarqaş 7 fevral tarixində açıqlama verib.
"Biz İŞİD-ə qarşı əməliyyatların ləng aparılmasındaq məyus olmuşuq” – deyən XİN başçısı onu da bildirib ki, söhbət böyük hərbi kontingentdən getmir.
Qarqaş onu da deyib ki, BƏƏ-nin əməliyyatlara qoşulmasının ən optimal yolu bunun ABŞ-ın himayəsi altında baş tutması olar.