Xaçmaz rayonunun Ağyaz Buduq kəndində faciə baş verib.
Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyindən aldığı məlumata görə, kənd sakini, 1953-cü il təvəllüdlü Hacıyeva Nəzakət Hacağa qızı evində çıxan yanğında yanaraq faciəli şəkildə dünyasını dəyişib.
Xəbərə görə, mərhuma məxsus, ümumi sahəsi 54 kv.m olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları tamamilə yanıb. Yanğının baş vermə səbəbi araşdırılır.