Fevralın 5-də Haqqın.az və Virtualaz.org saytları fəaliyyətini dayandırıb. Bu barədə verilən xəbərdə bildirilir ki, hər iki sayta rəhbərlik edən araşdırmaçı-jurnalist Eynulla Fətullayev kollektivi toplayaraq maliyyə durumunun ağır olduğunu bildirib və bu üzdən saytların işini dayandırmaq haqqında qərar verdiyini açıqlayıb.
Bu haqda xəbəri sözügedən saytlarda çalışan jurnalistlər facebookda yayıb. Onlar iş axtardıqlarını bildiriblər.
Haqqın.az saytının siyasət şöbəsinin müdiri Zaur Rəsulzadə faktı təsdiqləsə də, məsələ ilə bağlı yaranan bütün sualları Eynulla Fətullayevin özünə ünvanlamağı məsləhət görüb.
Hələlik Eynulla Fətullayevin məsələ ilə bağlı açıqlaması yoxdur.