"525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. Belə ki, atası Müseyib Məcidov bu gün səhər saatlarında dünyasını dəyişib. Ağcabədi rayonunda torpağa tapşırılan Müseyib Məcidovun 3 mərasimi fevralın 8-də həmin rayonda keçiriləcək. Fevralın 12-də isə Bakı şəhərində 7 mərasimi veriləcək.
"Baki-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev həmkarına üz vermiş kədərə qəlbən şərik olduğunu bildirir və səbr diləyir.
Allah rəhmət eləsin