Cümə axşamı günü, 05 noyabr 2026
     

Prezidentin köməkçisi çox yaxın müddətdə manatın aktivliyinin tamamilə bərpa olunacağını bəyan etdi

Image


"Cənab prezidentin aydın və dərin düşünülmüş iqtisadi islahat konsepsiyası var. Hazırda biz həmin konsepsiyanın icrası ilə məşğuluq. Bu konsepsiya dörd əsas istiqaməti əhatə edir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-yə müsahibəsində deyib.

O bildirib ki, birinci istiqamət maliyyə bazarlarında sabitlik, manatın likvidliyinin bərpa olunması, eyni zamanda, bu sahədə maliyyə intizamının möhkəmləndirilməsidir: "Azərbaycan 38 milyard dollara yaxın valyuta ehtiyatlarına malikdir. Bu, ümumi daxili məhsulun həcmindən daha böyük rəqəmdir. Belə bir strateji ehtiyatlara malik olan dövlət təbii ki, heç bir maliyyə çətinliyi çəkə bilməz. Amma maliyyə resurslarından düzgün, səmərəli istifadə və maliyyə resurslarını sonradan əlavə dəyərə çevrilməklə ümumi daxili məhsulun həcminin artırılmasında iştirak prinsiplərinin tənzimlənməsi cənab prezidentin müəyyən etdiyi ən prioritet istiqamətdir. Maliyyə Bazarlarına Nəzarət Palatası da bu məqsədlə yaradılıb. Palatanın bütün təşkilati məsələləri fevral ayında həll olunacaq, normativ hüquqi aktlar hazırlanıb qəbul ediləcək. Mart ayından etibarən Mərkəzi Bank, eyni zamanda, Palata və digər aidiyyəti qurumlar ölkədə manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul edəcək. Çox yaxın müddətdə ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq. Bu, cənab prezidentin müəyyən etdiyi digər üç istiqamət üzrə islahatların həyata keçirilməsini dəstəkləyən və eyni zamanda, təmin edən amil kimi çıxış edəcək.

İkinci əsas istiqamət ixracın stimullaşdırılmasıdır. İxracın təşviqi ilə əlaqədar İqtisadiyyat Nazirliyinin nəzdində AZPROMO fəaliyyət göstərir. Eyni zamanda, ixracı təşviq etmək üçün ayrı-ayrı qurumların təklifləri əsasında qanunlara dəyişikliklər edilib, müxtəlif normativ hüquqi aktlar hazırlanıb və həyata keçirilib. Lakin cənab prezidentin son çıxışında da qeyd etdiyi kimi, bu amillərin məcmusu dövlətimizin başçısının ümumi islahat konsepsiyasına tam uyğun gəlmir. Ona görə ki, cənab prezidentin müəyyən etdiyi hədəflər və bu gün onun islahat konsepsiyasında öz əksini tapan istiqamətlər yeni tələblər ortaya qoyur. Bu gün dünya iqtisadiyyatı yeni çağırışlarla üzləşir. Azərbaycan iqtisadiyyatı bu çağırışlara cavab verməlidir. Bunun üçün cənab prezident ixracı təşviq edəcək, stimullaşdıracaq bir qurumun yaradılması və onun konsepsiyasının hazırlanması barədə tapşırıq verib. Əslində bunun əsas konturları hazırdır. Beynəlxalq ekspertlər cəlb edilməklə bunun yekunlaşdırılması işləri görülür. Bu qurum həmin konsepsiyanın tələblərinə uyğun olaraq, ilk növbədə, qonşu ölkələrin iqtisadiyyatının tərkibini, strukturunu araşdıracaq, həmçinin Azərbaycanın qonşu ölkələrin bazarlarına hansı məhsulları ixrac edə biləcəyini müəyyənləşdirəcək. Məhz bundan sonra biz daxildə həmin istehsalı təşviq edəcək siyasəti həyata keçirəcəyik. Bütün bunlardan məqsəd ölkəmizi inkişaf etdirmək, "Made in Azerbaijan” brendinin tanıdılmasına nail olmaqdır. Bunun üçün investorların cəlb edilməsi nəzərdə tutulur”.

Prezidentin köməkçisi əlavə edib ki, investorların cəlb edilməsi üçün prezident İlham Əliyev yeni özəlləşdirmə proqramının hazırlanması barədə aidiyyəti qurumlara tapşırıq verib: "Hazırda beynəlxalq ekspertləri cəlb etməklə həmin özəlləşmə proqramının hazırlanması üzərində iş gedir. Cənab prezident göstəriş verib ki, bu özəlləşdirmə proqramı indiyədək mövcud olan proqramlardan kəskin şəkildə fərqlənməlidir. Yəni, bu proqram çərçivəsində özəlləşdirilən obyektin, istehsalat müəssisəsinin və yaxud hər hansı digər obyektin özəlləşdiriləndən sonra aktiv fəaliyyətini təmin edəcək investisiya proqramları olmalıdır. Yeni özəlləşmə proqramı beynəlxalq tələblər çərçivəsində hazırlanacaq və şəffaf şəkildə ictimaiyyətə təqdim olunacaq.

Üçüncü əsas istiqamət daxili bazarın formalaşdırılması və idxaldan asılılığa son qoyulmasıdır. Bu, çox mühüm istiqamətdir. Artıq yanvar ayından etibarən Azərbaycanın idxal prosesləri, gömrük orqanları tərəfindən idxal mallarının rəsmiləşdirilməsində şəffaflıq və bu istiqamətdə digər müvafiq orqanlarda atılan addımlar sahibkarlıq mühiti üçün çox əlverişli bir şərait yaradıb. Ancaq idxal mallarının kütləvi şəkildə Azərbaycana daxil olması artıq bizim yerli istehsalçıları narahat etməyə başlayıb. Bu gün çoxlu sayda yerli istehsalçı müraciət edir və onların idxal malları ilə rəqabətini tənzimləyəcək qaydaların yaradılmasını xahiş edir. Yerli istehsalın təşviqi, stimullaşdırılması və idxaldan asılılığın azaldılması bu gün qarşıda duran başlıca vəzifədir. Ancaq cənab prezidentin qeyd etdiyi kimi, biz xarici bazarlardan Azərbaycana daxil olan idxal mallarını məhdudlaşdırmaqla yerli istehsalı inkişaf etdirə bilmərik. Belə halda rəqabət aradan qalxar və yerli istehsalçılarda bir növ arxayınlıq yaranar. Məqsəd sağlam rəqabəti inkişaf etdirməkdir. Məsələnin əsas mahiyyəti də bundan ibarətdir. Bu gün daxili bazarı qorumaq üçün rəqabət mühiti iqtisadiyyatın, ümumiyyətlə, bazarın inkişafının ən əsas təminedici amilidir. Rəqabət mühiti olmadan heç bir bazar təbii ki, inkişaf edə bilməz. Bununla belə, daxili istehsalda rəqabəti inkişaf etdirmək, yerli bazarı qorumaq üçün bir sıra mühüm tədbirlər görüləcək. Bu sırada maarifləndirici tədbirlərə də üstünlük veriləcək”.

N. Əmirov qeyd edib ki, Azərbaycan prezidentinin islahat konsepsiyasının çox önəmli istiqamətlərindən biri də dövlət satınalmaları yolu ilə sahibkarları, xüsusilə kənd təsərrüfatı məhsulu istehsalçılarını stimullaşdırmaqdır: "Cənab prezidentin tapşırığı ilə indi elə bir yeni sistem hazırlanır ki, kənd təsərrüfatı məhsulu istehsalçılarına hətta bir il əvvəldən dövlət öz sifarişlərini verəcək. Bunun çox böyük üstünlükləri var. Çünki sahibkar biləcək ki, yetişdirdiyi məhsulu bazarda tam sata bilmədikdə qalan hissəni dövlət ondan alacaq. Yəni, dövlət – büdcə təşkilatları və digər təşkilatlar alıcı qismində çıxış edəcək. Hazırda bu mexanizm üzərində iş gedir. Düşünürəm ki, yaxın qısa müddət ərzində bu layihə də başa çatacaq, müvafiq qanunvericilik aktları hazırlanacaq. Yəni, ilk növbədə, kənd təsərrüfatı məhsulu istehsalçılarımız, gələcəkdə isə digər yerli istehsalçılarımız ən azı dövlətin ehtiyacları qədər sifarişləri almaq imkanına malik olacaqlar. Bu proses çox şəffaf, internet üzərindən olacaq. İnsanlarımız, sahibkarlarımız, eyni zamanda, ictimai nəzarəti təmin etmək üçün digər qurumlarımız bu prosesi şəffaf şəkildə izləyə biləcəklər. Göründüyü kimi, dördüncü əsas istiqamət sahibkarlığın inkişafına dövlət dəstəyinin prioritet istiqamət olduğunu təsdiq edir. Dövlət bütün bürokratik əngəlləri aradan qaldırır, sahibkarlara hər cür kömək göstərir. Azərbaycan prezidentinin müəyyənləşdirdiyi iqtisadi islahatlar ölkənin yeni inkişaf hədəflərinə hesablanıb”.

"2016-cı il başlayandan Azərbaycan prezidenti bu vaxta qədər həyata keçirilən islahatları daha qətiyyətlə və daha sürətlə aparmaq istiqamətində tədbirlər görür. Təkcə yanvar ayında bu istiqamətdə bir neçə qanun, fərman və sərəncam imzalanıb” deyə Natiq Əmirov bildirib. O bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təşkili, bununla bağlı hüquqi aktların hazırlanması üçün prezidentin fərmanı ilə işçi qrupu yaradılıb: "İşçi qrupu həm Palatanın nizamnaməsini, eyni zamanda, onun fəaliyyətini tənzimləyəcək qanunvericilik aktlarını hazırlayır. Palata öz fəaliyyətində həm sığorta, həm bank, həm qiymətli kağızlar bazarlarını, eyni zamanda, maliyyə monitorinqi, çirkli pulların yuyulması sahələrində fəaliyyətə nəzarəti həyata keçirəcək. Həmçinin işçi qrup Mərkəzi Bank ilə Palata arasında funksiyaların dəqiq sərhədlərini müəyyənləşdirməklə bölgü həyata keçirən normativ aktlar da hazırlayacaq. Çünki Mərkəzi Bank maliyyə bazarında əsas iştirakçıdır, eyni zamanda, monitar siyasəti həyata keçirən qurumdur. Bankların maliyyə bazarının, inflyasiyanın, qiymətlərin müəyyənləşdirilməsində Mərkəzi Bankın rolu, əhəmiyyəti olduğu kimi qalır”.

Prezidentin köməkçisinin sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə minən gündən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv olunacaq: "Amma yeni dövlət orqanı yaradılmır. Fərmandan göründüyü kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası dövlət orqanı deyil. Bu, publik hüquqi şəxsdir. Bu, özü özünü maliyyələşdirən bir qurumdur. Yəni, bu qurumun fəaliyyəti üçün dövlətdən vəsaitin ayrılması nəzərdə tutulmur. Bu Palata əsasən üzvlərinin, onun nəzarət sahəsinə aid olan qurumların üzvlük haqları və eyni zamanda, hazırlanan hüquqi sənədlərə görə ödənişlər hesabına maliyyələşdiriləcək. Palata kollegial orqandır, onun direktorlar şurası olacaq. Bu orqan həm maliyyə bazarlarında nəzarəti həyata keçirəcək, bu bazarın iştirakçılarına, o cümlədən banklara lisenziyalar verəcək və yaxud onların lisenziyalarını ləğv edəcək. Eyni zamanda, Palata bu sahədə olan müəyyən tənzimləmə aktlarının hazırlanmasında iştirak və onlara nəzarəti təmin edəcək. Yəni, demək istəyirəm ki, "dövlət qurumları birləşdirilir” ifadəsi düzgün deyil. Yaradılan yeni qurum dövlət orqanı deyil, dövlətdən maliyyələşdirilməyəcək və bu da çox önəmli bir amildir”.

Azərbaycanda sahibkarlığın inkişafı, bu sahəyə nəzarətin gücləndirilməsi, iş adamlarının hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün prezidentin fərmanları ilə Apellyasiya Şuralarının yaradıldığını bildirən N. Əmirov qeyd edib ki, bu qurumlar dövlət-sahibkar münasibətlərinin qurulmasında çox mühüm amil olacaq. Bizim inzibati icraat haqqında Qanunumuz var. Apellyasiya Şuralarının yaradılması həmin Qanun çərçivəsində sahibkarların şikayətlərini ümumi şikayətlərdən ayıraraq fərdi qaydada baxılmasını təmin edəcək. Yəni, həm yerli, həm də mərkəzi icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları həmin orqanların qəbul etdikləri qərarlardan, hərəkət və yaxud hərəkətsizliyindən narazı qalan sahibkarların bu orqanlara müraciət qaydasını müəyyənləşdirir. Həmin qaydaya əsasən oradakı Apellyasiya Şurası sahibkarın müraciətinə baxmalı və 3 gün ərzində ona yazılı qərar verməlidir ki, onun şikayəti təmin olunur, yoxsa təmin olunmur. Sahibkar bu qərarı aldıqdan sonra narazı qalarsa, o, cənab prezidentin yanında yaradılmış Apellyasiya Şurasına müraciət edə bilər. Bu Şura aşağı apellyasiya şuralarının verdiyi qərarları dəyişə, ləğv edə, yeni qərar çıxara və yaxud zəruri hallarda cənab prezidentə müraciət etməklə müvafiq icra qurumlarına konkret göstərişlər, tapşırıqlar verə bilər. Bu sistemin yaradılması nəyi dəyişəcək? Artıq yerli icra hakimiyyəti orqanı bu müraciətə və yaxud şikayətə baxanda çox gözəl anlayacaq ki, onun bu işə baxması qanun pozuntularına və sahibkarı qane etməyən hallara gətirib çıxararsa, artıq sahibkar Prezidentin yanında Apellyasiya Şurasına müraciət edəcək. Əgər Prezident yanında Apellyasiya Şurasının qərarı ilə yerli və yaxud mərkəzi icra hakimiyyəti orqanının Apellyasiya Şurasının qərarı ləğv ediləcəksə, təbii ki, o qərarı qəbul edən, imzalayan şəxslər barədə tədbirlər görüləcək.

Burada bir mühüm məqamı da qeyd etmək istəyirəm. Bu şuralar təkcə sahibkarlara deyil, vətəndaşlara da ictimai nəzarət mexanizmlərindən istifadə etmək şansı yaradır. Artıq sahibkarların özləri bu nəzarət mexanizmlərinin iştirakçılarına çevrilir, öz müraciətlərini asanlıqla dövlət başçısına çatdırmaq imkanı əldə edirlər. Sahibkarların hüquqlarının müdafiəsi, dövlət ilə sahibkar arasında yaranan inam, etimad təbii ki, sahibkarlıq subyektlərini yeni təşəbbüslərə, sahibkarı daha arxayın şəkildə investisiya qoymağa sövq edir. Bu isə ümumi iqtisadi inkişafa təkan verir. Digər mühüm bir məqam isə odur ki, Apellyasiya Şuralarının qərarları ictimaiyyətə mütləq açıqlanacaq. Ona görə də Apellyasiya Şuralarının fəaliyyəti hər bir vətəndaş, o cümlədən sahibkar üçün tam şəffaf olacaq ki, bu, özü də ictimai nəzarəti təmin edən bir amildir”.

Prezidentin köməkçisi onu da qeyd edib ki, Azərbaycan iqtisadiyyatı son 10-12 il ərzində dinamik inkişaf edib, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi islahatlar aparılıb: "Bu müddətdə Azərbaycan respublikası bir neçə dəfə ilin ən islahatçı ölkəsi kimi "Duing Business” hesabatında qeyd olunub, uzun illər ümumi daxili məhsulun artım tempinə görə Azərbaycan dünyada lider mövqeyini qoruyub saxlayıb. Artıq 7 ilə yaxındır ki, rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı ilk 40 dövlət arasındadır və Müstəqil Dövlətlər Birliyində lider mövqeyini qoruyub saxlayır. 2014-cü ilin sonundan başlayaraq neftin qiymətində kəskin enmə, 2015-ci ildə dünyada mövcud olan geosiyasi vəziyyət və bundan irəli gələn iqtisadi problemlər təbii ki, hökumətləri qeyri-neft sektorunun inkişafına daha çox diqqət yetirməyə sövq etdi. Azərbaycan cənab prezidentin rəhbərliyi və təşəbbüsü ilə qeyri-neft sektorunda genişmiqyaslı islahatlara başladı. İslahatların keyfiyyətlə və nəzərdə tutulan istiqamətdə həyata keçirilməsinin ən əsas prinsipləri maliyyə sahəsində şəffaflığın, nəzarət mexanizmlərinin və bu bazarda likvidliyin təmin edilməsidir. Əlbəttə, bütün islahatların əsasında maliyyə sabitliyi durur və cənab prezident qeyd edib ki, biz ilk olaraq bu sahədə dünya standartlarını tətbiq etməklə maliyyə sabitliyini, banklarımızın, maliyyə qurumlarımızın likvidliyini təmin etməliyik və bundan sonra digər sahələr üzrə əsaslı islahatlara gedə bilərik. Bunun üçün dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi öyrənilməklə belə bir mexanizm müəyyənləşdirildi ki, biz maliyyə bazarlarının iştirakçıları arasında tənzimləmə, nəzarət və icra mexanizmlərini bir-birindən ayıraq. Mən bir neçə gündür ki, mətbuatda gedən yazılara fikir verirəm. Bu islahatlardan məqsəd heç də hansısa səlahiyyətin hansısa qurumdan alınıb digərinə vermək deyil. Əsas məqsəd şəffaf nəzarətin, - söhbət heç də sovet ideologiyasından qalan nəzarət-yoxlama metodologiyasından getmir, - maliyyə bazarını qoruyacaq bir nəzarət mexanizminin yaradılmasıdır. Yəni, Maliyyə Bazarlarına Nəzarət Palatasının da məqsədi bu bazarın iştirakçılarının həm sağlam rəqabətini, həm də likvidliyini qorumaq və bunun üçün nəzərdə tutulan tədbirləri həyata keçirməkdir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ