Təhsil, elm və mədəniyyət üzrə İslam təşkilatı Rusiyanın Suriya bombardmanını qınayıb. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, təçkilat baş katib Əbdüləziz bin Osman Ət-Tüveycrinin imzası ilə yazılı bəyanat yayıb.
Bəyanatda deyilir:”Rusiya aviasiyası İŞİD-lə mübarizə adı altında mülki vətəndaşları raket-bomba zərbələrinə məzuz qoyur. Biz qadağan olunmuş silahlarla dinc vətəndaşlara vəhşi hücumları qətiyyətlə qınayırıq”. Bəyanatda daha sonra aşağıdakı sözlər yer alır:”Rejim Suriyada yarım milyona yaxın insanı məhv edib. Rejim və onun ilhamverənləri dünyada müharibə alovunu daha artıq körükləməklə məşğuldur”.
Qeyd edək ki, İSESCO daha öncə də Rusiyanın Suriyada hərbi əməliyyat keçirməsini qınayıb və bunu qanunsuz adlandırıb.