İran özünün ABŞ dollarından asılılığını minimuma endirmək üçün neftini avroya satmaq barədə qərar qəbul edib. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə xəbəri "Reuters” İranın Milli Neft Kompaniyasındakı mənbədən aldığı məlumata əsasən yayıb.
Bundan əlavə, İran hökuməti üzərindən sanksiya götürülmüş pul ehtiyatlarını da dollarla deyil, avro ilə almaq istəyir. Daha öncə bu vəsail 5 milyard dollar qiymətləndirilirdi. Agentliyə danışan mənbə bildirib ki, sanksiyalar altında olduğu dönəmdə İran Mərkəzi Bankı xaricdəki ehtiyat fondunu avroya dəyişmək barədə qərar verib. Mənbə onu da deyib ki, dollardan imtinanın kökündə siyasi səbəblər durur.
Xatırladaq ki, yanvarın ortalarında MAQATE-nin müsbət rəyindən sonra İran üzərindən beynəlxalq sanksiyalar qaldırılıb.