Bazar günü günü, 14 iyun 2026
     

Zakir Qaralov prokurorluq orqanlarının geniş kollegiya iclasını keçirdi

Image


Fevralın 5-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2015-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Baki-xeber.com xəbər verir ki, kollegiya iclasında giriş nitqi ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, 2015-ci ildə dünyada mövcud olan siyasi, iqtisadi və maliyyə böhranlarına baxmayaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmuş, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər yeni müstəviyə qaldırılmışdır. 2015-ci ildə ölkədə 54,4 milyard manatlıq ümumi daxili məhsul istehsal edilməsi, əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcminin artaraq 5703 manata çatması, 84 min daimi olmaqla 100 mindən çox yeni iş yerlərinin yaradılması, əhalinin banklardakıəmanətlərininmilli valyuta ekvivalentində məbləğinin 2015-ci il dekabrın 1-nə 7,1 milyard manat təşkil etməsi, 2014-cü illə müqayisədəəhalinin gəlirlərininnominal ifadədə 5,7 faiz artaraq 41,7 milyard manata çatması xüsusi vurğulanmışdır. Təsadüfi deyil ki, Ümumdünya Davos İqtisadi Forumunun hesabatlarına görə ölkəmizin iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya ölkələri sırasında 40-cı yerdə qərarlaşmışdır.

Azərbaycan Respublikasının BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi, bir müddət öncə ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilməsi, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi, eləcə də 2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi, paytaxtımızın cari ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci qlobal forumuna və 2017-ci ildə daha bir möhtəşəm tədbirə - İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyi ölkəmizdə həyata keçirilən xarici siyasətin dünya dövlətləri tərəfindən yüksək dəyərləndirilməsinin bariz nümunəsi və müstəqillik illərində əldə etdiyi ən böyük nailiyyətlərdəndir.

Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz boru kəmərlərinin istifadəyə verilməsi, dünyanın nəhəng enerji layihələrindən olan "Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılması ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə, regionda Azərbaycanın geostrateji mövqeyini daha da gücləndirməkdədir.

2015-ci ilin mühüm əhəmiyyətə malik olan ictimai-siyasi tədbirin – Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərin nəticələrinin xalqla dövlətin vəhdətinin və birliyinin əyani təsdiqi və bariz nümunəsi olmasını diqqətə çatdıran Baş prokuror, demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun olaraq keçirilmiş parlament seçkilərində xalqımızın yekdilliklə ölkədə mövcud əmin amanlığın və həyata keçirilən sosial-iqtisadi siyasətin davamlılığına, hərtərəfli inkişaf dinamikasının sürətlənməsinə, xalqın rifahının və gələcəyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının sistemli və ardıcıl olaraq qorunmasına səs verdiyini bildirmişdir.

Xüsusi vurğulanmışdır ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində məqsədyönlü xarici siyasət tədbirləri davam etdirilməklə yanaşı, Milli Ordunun daha da gücləndirilməsi, müasir ordu quruculuğu məqsədlərinə xidmət edən zəruri infrastrukturların yaradılması istiqamətində böyük işlər görülmüşdür.

Hesabat məruzəsində qeyd edilmişdir ki, 2015-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olmuş, daxili işlər, ədliyyə, məhkəmə və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunmuşdur. Hesabat dövründə prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə Dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsinə, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsinə, yeni iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla neqativ təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilmişdir.

Prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi, peşə bayramı ərəfəsində cənab İlham Əliyevin Sərəncamları ilə qanunçuluğun təmin edilməsində, ağır cinayətlərin açılması və istintaqının aparılmasında, məhkəmələrdə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə prokurorluq orqanlarının 25 əməkdaşının "İgidliyə görə” və "Dövlət qulluğunda fərqlənməyə görə” medalları kimi yüksək dövlət mükafatları ilə təltif edilməsi və 4 əməkdaşa ali xüsusi rütbələrin verilməsi diqqətə çatdırılmışdır.

Bildirilmişdir ki, Baş Prokurorluğun Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyat qurumları ilə həyata keçirdiyi birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində 2015-ci ildə qeydə alınmış 203 qəsdən adam öldürmə cinayətlərindən 194 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş və əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 71 hadisənin isti izlərlə açılması təmin olunmuşdur. Həmin cinayətlərin açılması 95,5 % təşkil etmişdir. 2014-cü illə müqayisədə hesabat dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərinin ümumi sayı 16 hadisə və açılmamış bu xarakterli cinayətlərin sayı isə 3 hadisə azalmışdır.

Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin və rayon (şəhər) prokurorluqlarının əməkdaşlarının aidiyyəti hüquq mühafizə orqanlarının əməliyyat qurumları ilə həyata keçirdikləri birgə istintaq-əməliyyat tədbirləri nəticəsində hesabat dövründə ötən illərdə baş verməklə bağlı qalmış bir sıra qəsdən adam öldürmə cinayətlərinin açılması təmin olunmuş, habelə itkin düşmüş şəxslər kimi axtarışda olan bir neçə nəfərin qəsdən öldürülmələri müəyyən edilmişdir.

Azərbaycan Respublikası Hərbi prokurorluğu orqanları tərəfindən Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə sahəsində səmərəli tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Baş prokuror bildirmişdir ki, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər daha səmərəli olmuş, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,6 faizi açılmışdır.

Cinayətkarlığa qarşı mübarizə sahəsində terrorçuluq, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı mübarizə məsələləri də daim diqqət mərkəzində saxlanılmaqla, bu qəbldən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitlərin aşkarlanaraq qabaqlayıcı və profilaktiki tədbirlərin görülməsi təmin edilmişdir.

Belə ki, hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən bu kateqoriyadan olan, eləcə də qəsdən adam öldürmə cinayətlərinin keyfiyyətli istintaq edilməsi və cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri sahəsində ciddi uğurlar əldə edilmişdir.

Hüquqi qeydiyyatı olmayan "Müsəlman Birliyi” adlı qurumun üzvləri Taleh Bağırov qeyrilərinin barəsində Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaqı aparılan cinayət işi üzrə Daxili İşlər Nazirliyi Dövlət Təhlükəsizliyi Xidiməti ilə birgə həyata keçirilən tədbirlər nəticəsində T.Bağırov onun mütəşəkkil cinayətkar dəstə halında rəhbərlik etdiyi qanunsuz qurumun paytaxtla yanaşı, bölgələrdə təşkilatlanması silahlanaraq cinayətkar fəaliyyətlə məşğul olmaları müəyyən edilmiş, mütəşəkkil dəstənin Bakı şəhəri ətraf kəndlərdə 57 nəfər, Gəncə şəhəri digər rayonlarda 11 nəfər fəal silahlı üzvü aşkar olunaraq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Keçirilmiş genişmiqyaslı xüsusi istintaq-əməliyyat tədbirləri nəticəsində həmin mütəşəkkil dəstənin üzvlərindən çoxlu sayda odlu silah, döyüş sursatı, radikal məzmunlu dini ədəbiyyat sair əşyalar aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

Bundan başqa, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı yüksək peşəkarlıqla aparılmış, o cümlədən "Günəşli” neft-qaz platformasında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı, Binəqədi rayonu ərazisində yaşayış binasındakı yanğınla əlaqədar, habelə Qəbələ rayonu ərazisində özünü radikal dini cərəyanın əmiri elan etmiş Nurəddin Xəlilovun rəhbərliyi ilə 17 nəfərdən ibarət silahlı bandanın çoxsaylı cinayət əməlləri ilə bağlı başlanmış cinayət işləri üzrə intensiv istintaq hərəkətləri həyata keçirilmişdir.

Xüsusi vurğulanmışdır ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin müvafiq strukturlarında sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələbləri pozulmaqla telefon danışıqlarının dinlənilməsi və yol verilmiş digər qanunsuzluqlarla bağlı 17 oktyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır. İş üzrə 22 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilmiş, onlardan 20 şəxs barəsində həbs qətimkan tədbiri və 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə istintaqdan yayınan 1 şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir.

Həmin iş üzrə 130 epizod araşdırılmaqla, cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərər çəkmiş şəxs qismində tanınmışdır. Hazırda ayrı-ayrı vətəndaşlardan daxil olan yeni müraciətlərdə göstərilən bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilərək, zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülür.

Xüsusi vurğulanmışdır ki, hesabat dövründə Prezident cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli tədbirlər davam etdirilmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci ildə rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 295 şəxs barəsində 200 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilməsi, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən dövlət əmlakının sistemli şəkildə mənimsəmə və israf etmə yolu ilə talanmasında iştirak etmiş korrupsiya şəbəkəsi üzvlərinin qanunsuz əməllərinin ifşa edilməklə barələrində qısa müddətdə qanunamüvafiq tədbirlərin görülməsi müsbət iş göstəriciləri kimi dəyərləndirilmişdir.

Kollegiya iclasında yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi, istehlak məhsullarının qiymətlərinə ciddi şəkildə nəzarət etmək, manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, mal qıtlığının yaradılması, inhisarçılıq, istehlakçıların aldadılması və digər sui-istifadə hallarının qarşısının alınması ilə barədə Dövlət başçısı verdiyi tapşırıqlara müvafiq olaraq, cari ildə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi, əlaqədar struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə korrupsiya və rüşvətxorluğa qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə müvafiq tapşırıqlar verilmişdir.

Həmin tapşırıqlardan irəli gələn vəzifələrin icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı təsdiq edilməklə yol verilmiş qanunsuz hallara qarşı ən sərt mübarizə tədbirləri davam etdirilir. Həmin dövrdən etibarən süni qiymət artımı ilə əlaqədar Baş İdarə tərəfindən 12 cinayət işi başlanmaqla hazırda istintaq tədbirləri davam etdirilir.

Ölkəmizdə sahibkarların hüquqlarının qorunması, əlverişli biznes mühitinin formalaşması məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılmasının xüsusi əhəmiyyətini vurğulayan Baş prokuror bildirmişdir ki, dövlət başçısı tərəfindən imzalanmış sənədin qəbul edilməsində məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, onların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana təkrar şikayətlərin verilməsinə imkan yaratmaqdır.

Bildirilmişdir ki, həyata keçirilmiş profilaktiki tədbirlər nəticəsində 2014-cü ilə nisbətən hesabat dövründə qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı 415 fakt, həmin hadisələr nəticəsində ölənlərin sayı 230 fakt və xəsarət alanların sayı 411 fakt, habelə bağlı qalan hadisələrin sayı 14 fakt azalmışdır. Ölümlə nəticələnmiş yol-nəqliyyat hadisələrindən 14-ü, o cümlədən Gəncə və Şirvan şəhərləri, Xətai, Hacıqabul, Samux və İmişli rayonlarının hər birində 1, Baş Dövlət Yol polis idarəsinin yol-patrul xidməti alayının xidmət etdiyi ərazidə 6 və Sabunçu rayonu ərazisində isə qeydə alınmış 2 hadisə bağlı qalmışdır.

Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılmışdır.

Qeyd edilmişdir ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilmişdir. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, bu sahədə müasir informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi, vətəndaşların yaşayış yerlərində qəbulunun prosedurları hazırlanaraq təcrübədə səmərəli tətbiqi həyata keçirilmişdir. Eyni zamanda, bu sahədə işin təşkilində müəyyən çatışmazlıqların hələ də mövcudluğu diqqətə çatdırılmaqla, tələb edilmişdir ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu işi gündəlik nəzarətdə saxlanılmaqla, "Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” əmrin qeyd-şərtsiz icrası, həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili, bu sahəyə cavabdeh əməkdaşların məsuliyyətinin artırılması təmin olunsun.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq Baş prokuror tərəfindən respublikanın müxtəlif bölgələrində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilmişdir.

Bildirilmişdir ki, hesabat ilində prokurorluq orqanlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Beynəlxalq Antikorrupsiya Akademiyasının Assambleyasına ölkəmizin nümayəndəsinin sədrliyi ilə əlaqədar həmin qurumla əlaqələr daha da genişlənmişdir. Azərbaycanın Assambleyaya sədrliyi dövründə həyata keçirilmiş uğurlu fəaliyyət nəticəsində 5 ölkə Akademiyaya üzv qəbul olunmaqla üzvlərin sayı 65-ə çatmış, həmçinin qarşılıqlı əməkdaşlığa öz müsbət təsirini göstərəcək "Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğu arasında Anlaşma Memorandumu” və "Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Rusiya Federasiyasının İstintaq Komitəsi arasında əməkdaşlıq haqqında” Sazişlər imzalanmışdır.

Kollegiya iclasında prokurorluq orqanlarında informasiya kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsinin yüksəldilməsi, "Elektron Sənəd Dövriyyəsivə "Elektron Cinayət” İnformasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması barədə konkret tapşırıqlar verilmişdir.

Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2015-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılmışdır.

Qeyd edilmişdir ki, hesabat dövründə prokurorluq orqanları üzrə xidməti, icra və əmək intizamının pozuntusu hallarına və digər xətalara yol verdiklərinə görə 37 əməkdaş intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən 7 nəfər prokurorluq orqanlarından xaric edilmişdir. Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın daha da artırılması tələb edilmişdir.

Görülmüş müsbət işlərlə yanaşı qeyd edilməlidir ki, Baş Prokurorluğa hesabat ilində vətəndaşlardan qəsdən adam öldürmə qəsdən adam öldürməyə cəhd hadisələrinə görə başlanmış işlərin istintaqının qeyri-obyektiv aparılması, cinayətin törədilməsində iştirak etmiş bütün şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaması təqsirləndirilən şəxslərin əməllərinin düzgün tövsif olunmaması barədə xeyli sayda şikayətlər daxil olmuşdur. Aparılmış araşdırmalar göstərir ki, cinayət işlərinin istintaqının ilkin mərhələsində zəruri təxirəsalınmaz hərəkətlərin keyfiyyətli yerinə yetirilməməsi, texniki vasitələrdən səmərəli istifadə olunmaması, müstəntiqlər ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən prinsipiallıq göstərilməməsi vətəndaşların bu xarakterli şikayətlər etmələrinə səbəb olmuşdur. Bir sıra hallarda yalnız Baş Prokurorluğun müdaxiləsindən sonra cinayət işlərinin istintaqı zamanı yol verilmiş nöqsanlar aradan qaldırılmaqla, müraciətlərdə göstərilən vəsatətlər təmin edilmişdir.

Bildirilmişdir ki, prokurorluğun fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətlər ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir. Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2015-ci ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə, bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılmışdır. 2014-cü illə müqayisədə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin sayının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Baş Prokurorluğun müvafiq qurumları və əlaqədar tabe prokurorlara tapşırıq verilmişdir ki, hesabat ilinin nəticələrinə görə bağlı qalmış 9 belə cinayətin, o cümlədən Bakı şəhərinin Yasamal və Qaradağ, eləcə də Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Beyləqan, Quba və Şəmkir rayonlarının hər birində 1 fakt olmaqla açılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilsin.

Kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması ilə bağlı zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər verilmişdir.

Bildirilmişdir ki, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən başlayaraq keçirilən 15 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 656 gənc hüquqşunasın sayının prokurorluğun kadr tərkibinin 58 faizini təşkil etməsi aparılan uğurlu islahatların məntiqi nəticəsidir.

Tədbirdə çıxış edən Baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş prokurorun müavini-Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavini Namiq Əsgərov, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov və digər natiqlərin çıxışlarında 2015-ci il ərzində cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə, "Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, işin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürülmüşdür.

Kollegiya iclasına yekun vuran Baş prokuror prokurorluq orqanlarının kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin etmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla, bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yolunda öz xidmətlərini göstərəcəkdir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

13.06.2026 / 22:50
Tramp rəsmən elan etdi – İranla saziş sabah imzalanacaq...

13.06.2026 / 20:21
İsraildən Trampa çağırış - Livan, Suriya və Qəzzadan çəkilməyəcəyik...

13.06.2026 / 20:11
Saxlanılan gömrükçülərin üçü buraxıldı - RƏİS MÜAVİNİ HƏBS EDİLDİ

13.06.2026 / 20:05
Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir

13.06.2026 / 19:47
Ramiz Mehdiyevin ailə bankı BOKT-a çevrildi…

13.06.2026 / 19:25
ABŞ-İran sülh sazişi Trampın 80 illik yubileyində imzalana bilər - Britaniya mediasından ŞOK İDDİA...

13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə

13.06.2026 / 18:57
İrandan ABŞ-la imzalanacaq sazişilə bağlı yeni açıqlama – Tehranın bloklanmış milyardları necə qaytarılacaq? – DETALLAR ortaya çıxdı...

13.06.2026 / 17:45
Azərbaycanla ABŞ TRIPP-in icrasını müzakirə etdi

13.06.2026 / 16:15
Putindən Qərbə növbəti xəbərdarlıq - heç vaxt buna cəhd etməyin...

13.06.2026 / 15:57
Şahbaz Şərif dünyanın gözlədiyi xəbəri elan etdi - ABŞ-İran sülh sazişi 24 saat ərzində imzalana bilər

13.06.2026 / 15:32
ABŞ ordusunun İranda uranı ələ keçirmək planı... Tramp əməliyyatı son anda dayandırdı, İranın “intihar tələsi” ortaya çıxdı...

13.06.2026 / 13:37
Bakıda restoranın dolabından beş min dollar oğurlandı

13.06.2026 / 13:24
Putinin nümayəndəsi Baydenin oğlunu ailənin Ukraynadakı “qaranlıq işlərini” açıqlamağa çağırdı...

13.06.2026 / 13:20
Əli Əsədov Ünal Üstel ilə görüşüb

13.06.2026 / 12:50
Ağdamda 33 il sonra “Son zəng” çalındı

13.06.2026 / 11:55
Prezident İlham Əliyev Kral III Çarlza məktub ünvanlayıb

13.06.2026 / 11:35
Şuşada TDT ölkələrinin Rəqabət Forumu keçirildi

13.06.2026 / 10:12
Emin Əmrullayev məzunları təbrik etdi

13.06.2026 / 09:29
Tramp ABŞ-İran sülh razılaması ilə bağlı konkret tarixi açıqladı - saziş Cenevrə və ya Vyanada imzalana bilər...

13.06.2026 / 08:45
Hindistan ABŞ-a nota verdi...

12.06.2026 / 22:49
ABŞ-İran sülh sazişinin razılaşdırılmış yekun mətni hazırdır - Pakistan bütün dünyaya elan etdi...

12.06.2026 / 22:12
Fransa mediası Azərbaycana qarşı çirkin kampaniyaya başladı - MEDİA-dan sərt açıqlama...

12.06.2026 / 22:03
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

12.06.2026 / 21:56
Paşinyan Zəngəzur dəhlizində neft-qaz kəmərini şübhə altına aldı...

12.06.2026 / 21:12
Paşinyan KTMT-dən çıxmaqla bağlı daha bir bəyanat verdi...

12.06.2026 / 21:03
PUA ilə İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

12.06.2026 / 20:47
Belə də kənd həyatı olar? - cəmi 19 faiz... Kəndlərimiz simasını itirir...

12.06.2026 / 20:22
Xəzərdə 22 yaşlı gənc 13 kq marixuan ilə tutuldu

12.06.2026 / 20:15
Tramp İranı bombalamağı növbəti dəfə təxirə saldı... Neçə dəfə olar?!

12.06.2026 / 19:46
Dövlət proqramı Prezidentin tənqid etdiyi problemlərin həllinə yol açır...

12.06.2026 / 19:34
Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

12.06.2026 / 18:12
Netanyahu Prezident İlham Əliyevə məktub ünvanlayıb

12.06.2026 / 18:10
1992-93-cü illərdəki "dövlət səriştəsizliyinə" son qoyulmasaydı...

12.06.2026 / 17:43
Trampın qızı və kürəkəni Kuşnerə görə Albaniyanı "Flaminqo inqilabı" bürüdü...

12.06.2026 / 17:43
Müxalifətin xalqı Paşinyana qarşı səfərbər etmək cəhdləri iflasa uğrayır...

12.06.2026 / 17:30
Bakıda dəyişkən iş rejiminin "antitıxac effekti" yetərincə inandırıcı görünmədi...

12.06.2026 / 17:20
Rusiya Ermənistan məhsullarına qadağaları genişləndirdi - siyasi gərginlik artır...

12.06.2026 / 17:18
"Yeni Şafak"dan şok xəbər - Türkiyə iki istiqamətdə Ermənistanla sərhədi açır, ticarət 1 milyard dollara çatacaq...

12.06.2026 / 17:14
Prezident Əliyev tənqid etdi, ardınca proses başladı...

12.06.2026 / 16:59
Taksilərdə gediş bahalaşır, amma qazanan sürücülər yox, xarici şirkətlərdir...

12.06.2026 / 16:49
"Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur" - Emin Hüseynov

12.06.2026 / 16:39
Merts qəti şərt qoydu - Ukraynada sülh yalnız bu formatda mümkündür, başqa heç cür...

12.06.2026 / 16:33
Region müşavirələri aqrar bölmədə yeni mərhələ başlada bilər...

12.06.2026 / 16:30
Nazirlik və Agentliklərdə müşavir postlarını bu qədər şişirtmək büdcəyə izafi basqı yaradır...

12.06.2026 / 16:18
ABŞ və İran tarixi razılaşmanın bir addımlığında - dörd təyyarə Vaşinqtondan Cenevrəyə yola düşdü... mümkün SAZİŞ MƏTNİ SIZDIRILDI...

12.06.2026 / 15:49
Epşteyn işi çərçivəsində Konqresin sorğu-sualı Tramp ailəsinə çatır...

12.06.2026 / 15:29
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olundu

12.06.2026 / 15:22
İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirildi - YENİLƏNİB

12.06.2026 / 15:17
Deputat sosial şəbəkələrdə saxta ekspertlərlə bağlı təklif irəli sürdü

12.06.2026 / 15:00
“...Ənənəvi memarlıq ilə futuristik şəhərsalma prinsipləri unikal şəkildə vəhdət təşkil edir” - Rizvan Qarabağlı

12.06.2026 / 14:31
Uşaqlarımızın əxlaqına ən çox təcavüz edən sosial şəbəkələr...

12.06.2026 / 13:42
Cinayətlə mübarizə üzrə Koordinasiya Şurasının iclası keçirilib

12.06.2026 / 13:35
Göygöldə yeni Dövlət Proqramının müzakirəsinə dair müşavirə keçirildi - YENİLƏNDİ

12.06.2026 / 13:20
Tramp İranla bağlı 10-dan çox dövlətin adını öz “şərikləri” kimi çəkdi, birinin də səsi çıxmadı...

12.06.2026 / 12:58
QHT və özəl sektor arasında yeni tərəfdaşlıq təşəbbüsü başlayır

12.06.2026 / 12:33
Prezidentin köməkçisi 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas hədəflərini açıqladı...

12.06.2026 / 12:17
Avropada faşist düşərgələri, Qarabağda erməni həbs-işgəncə “düşərgələri”...

12.06.2026 / 11:53
"2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur" - Nazir müavini

12.06.2026 / 11:34
"Xüsusi icra məmurları başqa peşə fəaliyyəti ilə məşğul ola bilməz" - Ədliyyə rəsmisi

12.06.2026 / 11:16
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

12.06.2026 / 11:11
Prezident İlham Əliyev Filippin liderinə məktub ünvanladı

12.06.2026 / 11:09
Prezident İlham Əliyev Putini təbrik etdi

12.06.2026 / 10:59
Yüksək vəzifəli şəxs SAXLANILDI - Gömrükdə ƏMƏLİYYAT

12.06.2026 / 10:49
Ağdaşda avtomobili ildırım vurdu...

12.06.2026 / 10:40
DYP “Son zəng” ilə bağlı məzunlara və valideynlərə müraciət etdi - bunlardan uzaq olun...

12.06.2026 / 10:32
"2015-2025-ci illərdə istifadə olunmayan 169 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb" - Prezidentin köməkçisi

12.06.2026 / 10:19
ƏHLİMAN ƏMİRASLANOV – MƏRHƏMƏTİN ELMƏ, ELMİN DÖVLƏTÇİLİYƏ ÇEVRİLDİYİ ÖMÜR

12.06.2026 / 10:04
“Son zəng”lə bağlı sürücülərə xəbərdarlıq edildi...

12.06.2026 / 09:46
Azərbaycan Rusiyanı təbrik etdi

12.06.2026 / 09:29
Goranboyda marketdə MASKALI SOYĞUN...

12.06.2026 / 09:20
Aqrar sahədə yeni Dövlət Proqramı üzrə regional müşavirələrə start verilir

11.06.2026 / 23:51
Tramp İranla razılaşma əldə edildiyini bəyan etdi – saziş Avropada imzalana bilər...

11.06.2026 / 23:06
Qadınların milliləşdirilməsi siyasətinin tərkib hissəsi

11.06.2026 / 22:40
Vüsal Tahirovun adının və soyadının leksik mənası və izahı

11.06.2026 / 21:20
Ermənistan hakimiyyəti konstitusiya dəyişikliyini aşkarca uzadır - nazir özünü təkzib etdi...

11.06.2026 / 20:28
Paşinyan Gümrü bələdiyyə rəhbərliyini “dama basdı” - üstəlik ultimatum verdi... tezliklə...

11.06.2026 / 20:01
Kreml İrəvandan "KTMT-də qalıb-qalmamağın" tezliklə həllini tələb etdi...

11.06.2026 / 19:33
İran-ABŞ danışıqları 12 milyarda görə dalana dirəndi...

11.06.2026 / 19:16
Aysel Əlizadənin “Xoşbəxtlik haqqında” kitabı çap olunub

11.06.2026 / 18:46
Neft 60 dollar bahalaşdı, ÜDM artmadı - niyə?...

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

XƏBƏR ARXİVİ