Ər-Riyad Suriyada "İslam dövləti”nə qarşı yerüstü əməliyyatlara başlamaq üçün buraya "minlərlə xüsusi təyinatlı” göndərə bilər. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə Britaniya nəşri "The Guardian” yazır.
Xəbərə görə, Səudiyyə Ərəbistanındakı mənbələr bəyan edib ki, Krallığın bu yöndə fəaliyyəti Türkiyə ilə koordinasiya şəklində baş verə bilər. Qeyd olunur ki, hər iki ölkə Bəşər Əsəd rejiminə qarşı çıxış edir və Dəməşqə təzyiq edilmədən Suriya böhranının siyasi həllinə şübhə ilə yanaşır.
Mənbələrin fikrincə, Səudiyyə Ərəbistanının yerüstü əməliyyatlar barədə son bəyanatı "rəsmi və ciddi” xarakter daşıyır.