Avroparlamentin müvafiq komissiyası Krımın Ukraynaya qaytarılması ilə anti-Rusiya sanksiyalarının qaldırılmasını nəzərdə tutan qətnamə qəbul edib.
Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, sənəd, həmçinin, Rusiyadan tatarların hüquqlarının qorunmasını və siyası məhbusların azad olunmasını gözləyir. Tövsiyə xarakteri daşıyan qətnamənin Aİ-nin Kiyevin 2016-cı il prioritetlərini dəstəklədiyi və Krım məsələsinin bu prioritetlərin önündə gəldiyini göstərdiyi bildirilir.
"Yarımada üzərində Ukraynanın nəzarətinin bərpası sanksiyaların dayandırılması və Rusiya Federasiyası ilə əməkdaşlığın bərpasının əsas şərtlərindən biridir” – deyə qətnamədə bildirilir. Həmçinin qeyd olunur ki, Avroparlament Ukrayna prezidenti Pyotr Poroşenkonun Krımın qaytarılması danışıqlarının "Cenevrə plyus” formatında başlamasını da dəstəkləyir.
Strasburqda plenar sessiyada qətnamənin lehinə 472 avrodeputat səs verib. Sənədinəleyhinə olanlar 79, bitərəf qalanlar 33 nəfər təşkil edib.