"Putin nə zaman Obama ilə bir araya gəlirsə, ertəsi gün Rusiya Hərbi Kosmik Qüvvələri Suriyanı bombalayır".
Baki-xeber.com-un Fox.TV-yə istinadən xəbərinə görə, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu jurnalistlərə son Putin – Obama görüşünü şərh edərkən bildirib. "Nə zaman Putin Obama ilə bir araya gəlirsə, ertəsi gün Rusiya HKQ Suriyanı bombalayır və bu təsadüf ola bilməz” – deyən Baş nazır onu da bildirib ki, artıq tərəflərin ortaya konkret mövqe qoymasının zamanı çatıb və heç nə örtülü qalmamalıdır.