Liviyanın eks prezidenti Müəmmər Qəddafinin həyatının son anlarını əks etdirən video ortaya çıxıb.
Baki-xeber.com-un kommersant.ru-ya istinadən xəbərinə görə, 20 oktyabr 2011-ci il tarixdə üsyançılar tərəfindən qətlə yetirilən polkovnikin bu görüntülərini BBC telekompaniyası yayıb. Görüntülərin döyüşçülərdən biri olan Ayman Almani tərəfindən lentə alındığı bildirilir. Videonun böyük hissəsini Müəmmər Qəddafini öldürənləri 4 il boyunca axtarmış Qabriel Qeythausun reportajı təşkil edir.