İraqın Ənbar vilayətində İraq ordusunun aviazərbələri nəticəsində "İslam dövləti” terrorçu qruplaşmasının rəhbərinin yaxın qohumu məhv edilib. Baki-xeber.com-un vesti.ru saytına istinadən xəbərinə görə, bu barədə Al Sumaria telekanalı Əl-Xalidiyyə şəhər administrasiyasının nümayəndəsinə əsasən xəbər yayıb.
Xəbərdə bildirilir ki, aviazərbələr "şəriət məhkəməsi”nin binasına endirilib. "Nəticədə Əbu Bəkr əl-Bağdadinin qardaşı oğlu Əbu Əhməd əs-Samrai həlak olub” – deyə o bildirib. Xəbərdə o da deyilir ki, aviazərbələr nəticəsində onun ətrafında olan 8 silahdaşı da həlak olub.
Aviazərbələrin Ər-Ramadi yaxınlığında son günlərdə İŞİD qüvvələrindən təmizlənmiş əraziyə endirildiyi də gələn xəbərlər sırasındadır.