"Rospotrebnadzor” turoperatorlar Rusiya hökumətinin Türkiyə turlarına qadağa qərarına əməl etmədiyinə görə bir ay ərzində 140 protokol tərtib etməli olub. Baki-xeber.com-un lenta.ru saytına istinadən xəbərinə görə, bu barədə qurumun saytı xəbər verir.
Xəbərdə bildirilir ki, ümumilikdə ötən ilin dekabrından bu il yanvarın 29-na kimi qadağa ilə bağlı 1307 qəfil yoxlama keçirilib, nəticədə 101 inzibati cəza tədbiri görülüb.
Xatırladaq ki, 28 noyabr 2015-ci il tarixindən Rusiya Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib ki, bu sırada turizm şirkətlərinə Türkiyəyə turpaket satmaq qadağası da var.