Dövlət katibi Con Kerri və İtaliya XİN-in başçısı Paolo Centiloninin birgə mətbuat konfransında maraqlı insident yaşanıb.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, mətbuat konfransı bitdikdən sonra nazirlər zalı tərk edərkən jurnalistlərdən biri onların ardınca "İŞİD-i yaradan elə siz özünüzsünüz!” – deyə qışqırıb. Karabinyerlərin dərhal jurnalist qadını əhatəyə aldığı xəbər verilir. O da bildirilir ki, həmin jurnalist qadın hicabda olub.
Qeyd edək ki, Kerri və Centiloni "İslam dövləti”nə qarşı mübarizə üzrə beynəlxalq koalisiyanın "kiçik qrupu” çərçivəsində toplantı keçirib. Sözügedən mətbuat konfransı da həmin toplantının nəticələrinə həsr olunub.