Rusiya, Əfqanıstandan gələ biləcək təhlükəni önləmək məqsədilə Tacikistana silah və texnika ilə maksimal dərəcədə yardım edəcək. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə RF müdafiə nazirinin müavini Anatoli Antonov Tacikistanın müdafiə naziri Şerali Mirzo ilə görüşündə bildirib.
"Bu gün bizim tacik dostlarımız Əfqanıstan ərazisindən gələ biləcək təhlükələrlə üz-üzədir. Bizdən ötrü orada nələrin baş verdiyi əsasdır və bu üzdən Tacikistanın Silahlı Qüvvələrinə maksimal şəkildə silah və hərbi texnika ilə yardım etməklə onun döyüş hazırlığını yüksək səviyyəyə qaldırmaqda maraqlıyıq”- Antonov bildirib.