Rusiya prezidenti Vladimir Putin bu gün Almaniya kansleri Angela Merkelə telefon açıb. Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, liderlər telefon danışığında əsasən Ukrayna böhranını müzakirə edib.
"Tərəflər təmas xəttində dayanıqlı sülhün əldə olunmasında maraqlı olduqlarını ifadə edib və 12 fevral 2015-ci il razılaşmasının tələblərinə əməl olunmasının alternativsizliyi vurğulanıb” – deyə Kremlin saytında bildirilir.
Xəbərə görə, tərəflər, həmçinin, Ukraynada "normand formatı” üzrə aktiv fəaliyyətin aparılması ilə bağlı razılığa gəlib və yaxın günlərdə XİN başçılarının görüşü planlaşdırılıb.
Daha öncə verilən xəbərdə Rusiya prezidenti Vladimir Putin, kansler Angela Merkel, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Petro Poroşenko arasında Donbasda seçkilərlə bağlı qanun qəbul olunması üzrə təmas qrupunun işinin aktivləşdirilməsi yönündə razılıq əldə olunduğu bildirilib.