Cümə axşamı günü, 05 noyabr 2026
     

Əli Həsənov Quba ictimaiyyətini neftlə bağlı itkilərimizin böyük hissəsinin kompensasiya olunacağına necə inandırdı? (YENI)

Image


"Ölkəyə təxminən 200 milyard dollar sərmayə yatırılıb. Bunun təxminən 100 milyardı Azərbaycanın özünün sərmayəsidir, digər 100 milyardı isə xarici investorlar tərəfindən Azərbaycana yatırılıb". APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdə çıxışında deyib.

Ə. Həsənov bildirib ki, 1994-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin formalaşdırdığı neft strategiyası əsasında transmilli xarici şirkətlərlə birlikdə Azərbaycanın enerji resurslarının işlənməsi, əsas ixrac marşrutlarının müəyyənləşdirilməsi, karbohidrogen ehtiyatların ixracı məsələləri həll olunub: "2004-cü ildən Azərbaycan böyük neft pulları qazanmağa başlayıb və həmin pulların bir qismi Azərbaycanda yeni sosial-iqtisadi infrastrukturun yaradılmasına yönəldilib. Prezident İlham Əliyev Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının icrasının 2-ci ilinin yekunları ilə bağlı konfransda çıxış edərək bildirdi ki, biz keçən müddət ərzində həmin böyük pullardan istifadə edərək Azərbaycanda müasir cəmiyyət, güclü iqtisadiyyat quruculuğu sahəsində və gələcək inkişafımızı təmin etmək üçün lazım olan hər şeyi etmişik. 2008-ci ildə Azərbaycan ümumdünya iqtisadi böhranı hiss etmədi, lakin bu böhranın 2015-ci ildə başlanan ikinci dalğası, xüsusilə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bütün dünya ölkələrinə, o cümlədən də Azərbaycana öz təsirini göstərir. Bununla yanaşı, hətta belə bir şəraitdə ötən il bizim iqtisadiyyatımız 1,1 faiz artıb, qeyri-neft sənayesində isə artın 8,4 faiz təşkil edib. Bu o deməkdir ki, Azərbaycan öz iqtisadiyyatını şaxələndirib, onun dayanıqlığını, davamlı və dinamik inkişafını təmin edib, bütün iqtisadi və sosial resursların istifadə strategiyasını düzgün müəyyənləşdirib. Bu gün qeyri-neft sektoru iqtisadiyyatın aparıcı istiqamətinə çevrilir və artıq Ümumi Daxili Məhsulun 70 faizi məhz bu sektorda formalaşır. Lakin buna baxmayaraq, bundan sonrakı dövrdə də enerji potensialından istifadə olunacaq və bu istiqamətdə görülən işlər davam etdiriləcək. Qiymətindən asılı olmayaraq, neft Azərbaycanın dünya və Qərblə əlaqələrinin şah damarını təşkil edir”.

Əli Həsənov deyib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən ölkə kimi ötən müddət ərzində nəqliyyat-tranzit imkanlarını əsaslı şəkildə genişləndirib: "Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra Azərbaycan, Gürcüstan və Orta Asiya ölkələri Qərblə Şərqin, Avropa ilə Asiyanın əlaqələrində xüsusi bir həlqə təşkil edəcək, bununla da ölkəmizin tranzit imkanları əsaslı şəkildə realizə olunacaq. Hazırda bu dəhlizin tam işlək vəziyyətə gətirilməsi istiqamətində ciddi iş gedir. Çindən çıxan məhsulların Orta Asiya-Xəzər dənizi-Cənubi Qafqaz-Türkiyə-Aralıq dənizi marşrutu ilə Avropa bazarına çatdırılması sınaq mərhələsindədir. Bilirsiniz ki, Azərbaycan artıq Xəzər dənizində ən böyük ticarət limanını istifadəyə verib. Bu ilin sonunda dəmir yolu çalışmağa başlayacaq və Qazaxıstan, Türkmənistan və Rusiyada da eyni infrastrukturlar tam işə düşdükdən sonra Azərbaycana böyük gəlirlər daxil olacaq, ölkənin gələcək inkişafı üçün əlavə resurslar yaranacaq. Bununla yanaşı, Azərbaycan Cənub-Şimal daşımalarında da əsas həlqələrdən biri kimi iştirak edir. İrandan və Fars Körfəzi regionundan gələn yüklərin Azərbaycandan Xəzərdəki bərələr vasitəsilə Qazaxıstan, Türkmənistan və Rusiyanın dəniz terminallarına çatdırılması da qarşıda duran məsələlərdir. Bir sözlə, biz indi həm enerji, həm də nəqliyyat-tranzit resurslarından istifadə imkanları üzərində işləyirik. Bundan başqa, "Cənub” qaz dəhlizi çərçivəsində "Şahdəniz 2” fazasının işlənməsi və böyük miqdarda Azərbaycan təbii qazının Türkiyə və Avropa bazarlarına nəqli üzərində iş gedir. Hazırda TANAP layihəsi icra olunur və bir müddət sonra böyük Azərbaycan qazını Türkiyəyə çatdıracaq ixrac boru kəməri işə düşəcək. Bununla da neftin qiymətinin enməsi ilə bağlı itkilərimizin böyük bir hissəsi kompensasiya olunacaq. Biz postneft dövrünə, yəni neftin bitməsi, neftdən gələn gəlirlərin dayanması dövrünə, cənab prezidentin dediyi kimi, 2030-cu illərə güclü, rəqabətədavamlı iqtisadi sistemlə çıxmağı planlaşdırırıq. Lakin neftin qiymətinin süni şəkildə, bəzi beynəlxalq proseslərin təsiri altında, bir sıra beynəlxalq qüvvələrin təhriki ilə aşağı düşməsi bizi bir qədər tez yaxaladı. Buna görə də biz burda itirdiyimiz gəlirlərin digər sahələrdə kompensasiyası taktikasını hazırlayıb reallaşdırırıq. Bunların sırasında da "Cənub” qaz dəhlizi, Azərbaycanın tranzit imkanları, habelə insan kapitalı, qeyri-neft iqtisadiyyatı və digər resurslar var. Göründüyü kimi potensialımız, imkanlarımız çox genişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji resurslarının ixracından əldə olunan gəlirlər hesabına bu potensialı formalaşdırmaq mümkün olub. Bütün bunlar keçən müddətdə neftdən əldə olunan gəlirlərin qeyri-effektiv istifadəsi barədə bəzi boğazdan yuxarı iddialara ən layiqli cavabdır".

"Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi isə artıq 70 faizə çatıb" – deyə Əli Həsənov bildirib.

Ə. Həsənov bildirib ki, son illərdə qeyri-neft sektorunda, xüsusilə qeyri-neft sənayesində davamlı inkişaf müşahidə edilməkdədir: "Ölkədə böyük infrastruktur layihələri həyata keçirilib, sosial və iqtisadi infrastrukturlar ən yüksək standartlara uyğunlaşdırılıb. Cənab prezident müşavirədə qeyd etdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində son 12 ildə görülən işlər nəticəsində bütün yaşayış məntəqələrinin siması dəyişib, əhalinin rifah halı yüksəlib, bölgələrdə müasir sosial və iqtisadi infrastruktur formalaşdırılıb. Əhalinin təbii qaz, elektrik enerjisi, su təchizatı da daxil olmaqla, kommunal sahələrdəki bütün problemləri, demək olar ki, həll olunub. Azərbaycanda son illərdə işsizlik və yoxsulluq 5 faizə qədər aşağı salınıb. Maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artırılıb. 1 milyon 5 mindən artıq yeni iş yerləri yaradılıb ki, onlardan da təxminən 1 milyonu daimi iş yerləridir. 89 köçkün qəsəbəsi tikilib, 225 min insan yeni mənzillərə köçürülüb. Ölkə üzrə bütün çadır şəhərcikləri ləğv olunub. Azərbaycana 200 milyard dolar sərmayə qoyulub ki bunun da 100 milyard dolları daxili sərmayədir. Sahibkarlara 1, 7 milyard manat güzəştli kredit verilib.

Azərbaycanda 70 mindən çox müəssisə yaradılıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Baki-Tbilisi-Ərzurum qaz kəməri reallaşdırılıb, Bakı-Tbilisi-Qars, İran və Azərbaycan arasında Astara dəmiryol layihələri isə artıq başa çatmaq üzrədir. Ölkədə 25 yeni elektrik stansiyası tikilib, 6 yeni hava limanı, nəhəng ticarət limanı tikilib və istifadəyə verilib. Azərbaycan üzrə qazlaşma 90 faizə çatıb, ucqar yaşayış məntəqələrinə belə qaz çəkilib. Bütün ölkə boyu 12 min km yol çəkilib, hətta kəndlərarası nəqliyyat şəbəkəsi də yenidən qurularaq əhalinin istifadəsinə verilib. 3 min məktəb, yüzlərlə səhiyyə müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir olunub. Azərbaycanın idman infrastrukturları tamamilə yeniləşib və müasir standartlara uyğunlaşdırılıb. Əlavə beynəlxalq səviyyəli idman qurğuları, 40-dan artıq olimpiya idman kompleksi tikilərək istifadəyə verilib. Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib, 2 peykimiz orbitə buraxılıb ki, bunlar da bir azdan çox yüksək gəlir gətirəcəklər. Turizm potensialı inkişaf etdirilib, yeni beynəlxalq səviyyəli istirahət mərkəzləri yaradılıb, dünyanın ən müasir otel brendləri Azərbaycan gətirilib, 300 yeni mehmanxana inşa edilib. Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi, 80 faizdən çoxu özəl sektorun payına düşür. Bu gün ekstremist yönlü müxalifət hakimiyyəti tənqid edir ki, neft pullarını "sovurdunuz”, ölkənin inkişafı ilə bağlı nə etdiniz. Bax bu günə kimi bütün bunlar əldə olunub. Bütün cəmiyyətimizin həyatı yenilənib".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ