Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) Aparat rəhbəri təyin olunub. Trend Nazirliyə istinadən xəbər verir ki, Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Əli İzzət oğlu Abdullayev nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunub.
Ə.Abdullayev 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.