Amerika korporasiyası "Yahoo!” iqtisadi çətinlik üzündən işçilərinin 15 faizini ixtisar etmək qərarına gəlib.Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Wall Street Journal” xəbər yayıb.
Xəbərə görə, korporasiya bu qərarını bu gün kvartal hesabatını verəcəyi toplantıda açıqlayacaq. Korporasiyanın baş icraçı direktoru Marissa Mayer xərclərin azaldılması barədə qərarlarını açıqlayıb və bildirib ki, 15 faizlik ixtisar təxminn 1,6 min işçini əhatə edəcək.
Kommersant.ru saytının xəbərinə görə, "Yahoo!” profil biznesilə də vidalaşa bilər. Bundan əlavə, rəhbərlik Çin onlayn-riteyleri "Alıbaba”dakı hissələrini satmaq mümkünlüyünü də götür-qoy edir. Həmin hissələrin 32 milyard dollar təşkil etdiyi bildirilir.