Omskda naməlum şəxslər marşrut avtobuslarda gediş haqqını qaldıran biznesmen Mixail Loqotkovun şəxsi avtomobilini yandırıb. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə "LifeNews” xəbər yayıb.
İnsident ötən gecə baş verib. Binanın önündə park edilmiş Toyota Land Cruiser-in yandığını görən şahidlər müvafiq orqanları xəbərdar edib. Maşının yanğın nəticəsində ciddi ziyan gördüyü bildirilir. Xəbərə görə, Loqotkov sərnişin daşınması üzrə böyük bir kompaniyaya başçılıq edir və həmin kompaniya bu günlərdə gediş haqqını 20 rubla qaldırıb. Nəticədə ictimaiyyətdə narazılıq yaranıb və fəallar bununla bağlı mitinq keçirməyə hazırlaşır. Lakin görünən o ki, kiminsə sivil etiraz formalarının nətəcələrini gözləməyə səbri çatmayıb.
Hazırda polis hadisənin təfərrüatlarını araşdırır.