Dünən Ukrayna prezidenti Petro Poroşenkonun Almaniyaya rəsmi səfəri başlayıb. Baki-xeber.com-un kommersant.ru saytına istinadən xəbərinə görə, ikitərəfli danışıqlar zamanı Ukrayna prezidenti ilə kansler Angela Merkel arasında Minsk razılaşmasının da müzakirəsi gözlənir.
Xəbərə görə, görüş başlamazdan öncə liderlər mətbuat üçün birgə bəyanatla çıxış ediblər. Angela Merkel Ukraynanın şərqində atəşkəsin yoxluğuna diqqət çəkib və Kiyevə maliyyə dəstəyinin bundan sonra da davam edəcəyini bildirib. Lakin mətbuat konfransının ardından liderlər arasında maraqlı anlar yaşanıb. Belə ki, protokol qaydalara görə, mərasim bitdikdən sonra Merkelin əlini sıxmalı olan Poroşenko bunu sadəcə unudub! Bu barədə isə xanım Merkelin özü ona xatırlatma etməli olub. O, uzaqlaşan Ukrayna prezidentini geri çağıraraq fotoqrafların protokol çəkilişləri etmələri üçün onu bayrağın önünə gətirməli olub.