Cümə axşamı günü, 05 noyabr 2026
     

11 il keçsə də Rizvan Vahabov hər şeyi dəqiqliklə xatırlayır

Image


"Mən fəxr edirəm ki, yaradılması prosesində yaxından iştirak etdiyim hakim partiyanın Siyasi Şurasının üzvüyəm”

"Hansısa hakimin və ya məhkəmə sədrinin adından istifadə etməyimə isə, ümumiyyətlə lüzum görmürəm”

Son vaxtlar bəzi KİV-lərdə Neft Kəmərləri İdarəsinin sabiq rəisi Rizvan Vahabov barədə müəyyən iddialar səsləndirilir. Biz həmin məqamlara tam aydınılıq gətirmək üçün, Rizvan Vahabova əlaqə saxlayıb ondan kiçik müsahibə almaq istəyimizi bildirdik. Çox çətinliklə olsa da, onu qısa müsahibə verməyə razı sala bildik . Azinforum.az həmin müsahibəni təqdim edir:

– Rizvan müəllim, bəzi KİV-lərdə bir qrup şikayətçilərin adından Sizin və yaxınlarınızın ünvanına kəskin ittihamlar səsləndirilir. Həmin məlumatları nə dərəcədə əsaslı saymaq olar?

– Çox sağ olun ki, jurnalist olaraq bu məsələyə tam aydınlıq gətirməyə çalışırsınız. Əvvəla, onu deyim ki, mətbuatda dərc edilən həmin yazılarla birmənalı şəkildə razı deyiləm. Bu səbəbdən də, məlumatların yer aldığı KİV-ə qarşı məhkəmə iddiası qaldırmışam. Hazırda mənim iddiam Bakı Apelliyasiya Məhkəməsinin icraatındadır.

– Həmin yazılarda hansısa əmlak mübahisələrindən bəhs olunur. Şikayəti edən bir qrup adam kimdir və onlar Sizdən nə istəyirlər?

– Məlumat üçün bildirmək istəyirəm ki, həmin şikayətçılərin mənimlə heç bir hüquqi mübahisəsi yoxdur. Bu rəsmi və hüquqi sənədlərdə də öz əksini tapıb. Həmin məhkəmə sənədlərini sizə də təqdim edə bilərəm. Görün, orda mənim adım varmı? İş burasındadır ki, bu gün adlarından mətbutdakı şikayətlərin dərc edildiyi həmin qrup adamlar bütün məhkəmə instansiyalarının imkanlarından yararlanıblar. Yəni onların iddialarına verilən son hüquqi qiymət məhkəmə qərarlarında öz əksini tapıb. Bizim hər birimiz Azərbaycan Dövləti adından çıxarılan məhkəmə hökmlərinə və qərarlarına hörmətlə yanaşmalıyıq. Razılaşmadığımız məqamlardan isə şikayəti KİV-lərə deyil, daha yuxarı məhkəmə instansiyalara etməliyik.Onlar bu imkandan tam istifadə edib, uduzduqları üçün, məqsədli şəkildə mənim adımı hallandırmağa başlayıblar.

– Niyə məhz sizin adınızı və onların realda mübahisəsi kimnlədir?

– Onların hüquqi mübahisəsi mənim qaynanamın adına olan hüquqi şəxslədir. Adımın bu məsələdə məqsədli şəkildə hallandırılmasına gəldikdə isə, bilirsiniz ki, mən azdan – çoxdan respublikada tanınmış adamam. Mənim adım hallananda məsləyə başqa rəng qatmaq cəhdləri bir qədər asan görünür. Görünür, belə vasitələrlə həmin şikayətçilər nəyəsə nail ola biləcəklərini zənn edirlər. Mən belə üsulları normal mübarizə metodu saymıram.

– Doğru qeyd etdiniz ki, bu xüsusda Sizin adınızla bağlı da, müəyyən ittihamlar var. Etiraz etmirsinizsə, həmin məqamlara da aydınlıq gətirək…

– Buyurun, mən sizin istənilən sualınıza cavab verməyə hazıram.

– 2004-cü ildə Asif Mərzilinin baş redaktoru olduğu "Təzadlar” qəzetində dərc edilmiş və sizin vaxtilə rəhbərlik etdiyiniz qurumla bağlı kəskin ittihamların yer aldığı məqalələr yenidən dövriyəyə buraxılıb. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı…

– Bəli, vaxtı ilə belə bir yazılar mətbuatda dərc olunub. Onların yenidən gündəmə gətirilməsi məni qətiyyən təəccübləndirmir. Çünki həmin vaxt kimlərsə tərəfindən mətbuata ötürülən məlumatlar öz təsdiqini tapmadı. Yəni tam təkzib olunub. Hadisənin üstündən 11 il keçsə də, proseslər mənim dəqiqliyi ilə yadımdadır. O vaxt məsələnin tam araşdırılması üçün "Təzadlar” qəzetinə rəsmi müraciət etdik. Yaxşı yadımdadır ki, Asif Mərzili ilə mənim iş kabinetimdə görüşdük. Şikayət əsasında qəzetdə yazılanlara sözlə yox, sənədlərlə aydınlıq gətirdim. Asif Mərzili hətta belə bir ifadə də işlətdi ki, o, arxiv və konkret sənədlərə əsaslanaraq danışan iki adama rast gəlib. Onlardan biri kimi mənim adımı çəkdi. Dedi ki, digəri isə Sosialist Əməyi Qəhrəmanı olan başqa bir tanınmış adamdır. Bir sözlə, Asif Mərzili məsələni tam aydınlaşdırandan sonra, rəhbərlik etdiyi qəzətdə məsələyə tam aydınlıq gətirən yazı ilə çıxış etdi. Qısası budur ki, həmin vaxt yazılanlar öz təsdiqini tapmış olmadı. Obyektivli gözləmək istəyənlər "Təzadlar”da yer alan həmin məqamları da cəmiyyətə təqdim etməlidir.

– Rizvan müəllim, "Təzadlar”da gedən və bu gün yenidən dövriyəyə buraxılan həmin yazı ilə biz də tanış olduq. Doğrudan da, söhbət sərt ittihamlardan gedir. Yəni, düşmən ölkəyə yanacaq satmaqdan. Belə bir hal mümkün ola bilərdimi?

– Bilirsiniz, bu iddianı irəli sürmək üçün, gərək tam və ətarflı araşdırma aparılsın. Yəni jurnalist ölkədən strateji məhsulların neçə çıxarılması ilə bağlı proseduru bilməlidir. Həmin vaxt mən, və ya mənim tutduğum vəzifəni icra edə biləcək başqa bir şəxs istəsydi belə bunu edə bilməzdi. Çünki bunun üçün bir neçə dövlət qurumunun icazəsi olmalıdır. Bundan əlavə, biz Gürcüstana satdığımız yanacaqla bağlı əməkdaşlıq etdiyimiz qurumdan yazılı şəkildə iltizam alırdıq ki, onlar bizdən aldıqları yanacağı Ermənistana sata bilməzlər. Bu, məsələnin hüquqi tərəfidir. Mənəvi tərəfi isə bundan ibarətdir ki, Ermənistana yanacaq satmağa razı olan adam ləyaqət hissini itirməlidir.

– Sizin YAP-ın və Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun, həmin məhkəmənin sədri İman Nağıyevin adından istifadə etməyinizə dair də iddialar səsləndirilir. Buna münasibətiniz?

– Mən YAP-a ən çətin anlarda qoşulanlardan biriyəm. Partiya biletimin də nömrəsi 51-dir. Bu gün də fəxr edirəm ki, yaradılması prosesində yaxından iştirak etdiyim hakim partiyanın Siyasi Şurasının üzvüyəm. Bu partiyaya hansısa mənfəət əldə etmək üçün deyil, əqidəmə, mərhum Ümummilli Lider Heydər Əliyevin siyasətini ürəkdən dəstəklədiyim üçün gəlmişəm. Hansısa hakimin və ya məhkəmə sədrinin adından istifadə etməyimə isə ümumiyyətlə lüzum əsas görmürəm. Birincisi, Belə işlər mənin əxalqıma tamamilə yaddır. İkincisi isə, mən məhkəməyə hansısa hakimin personasına görə deyil, qanunların aliliyinə inanaraq şikayət edirəm. Tələbim də qanunvericiliyin imkan verdiyi çərçivədə olur. Məgər, bunun üçün kiminsə adından istifadə etməyə əsas var?

– Hansısa bir KİV-i məhkəməyə vermək Sizin üçün daha məqbul variantdımı? Bəlkə başqa üsullardan istifadə etmək olardı…

– Mənim jurnalistlərə çox böyük hörmətim var. Doğrusu, heç mənim üçün də hansısa KİV-lə münasibətlərimin hüquq müstəvisində aydınlaşdırılması yaxşı təsir bağışlamır. Bilirsiniz ki, Ümummilli Lider Heydər Əliyevin istəyindən sonra, Azərbaycanda senzura ləğv olundu. Bu heç də o demək deyil ki, jurnalist nə istədiyini yaza bilər və buna görə məsuliyyət daşımamalıdır. Təbii ki, obyektivlik prinsipinə əməl olunmayanda, son sözü qanun və məhkəmə deməlidir.

– Rizvan müəllim, sizə yönələn ittihamlardan biri də, Milli Məclisin sabiq spikeri Rəsul Quliyevlə yaxın münasibətdə olmağınızla bağlıdır. Doğrudanmı belə yaxınlıq var və ya olub?

– Mən desəm ki, Rəsul Quliyevi tanımıram, bu, tamamilə yalan olar. Çünki o, vaxtilə ölkənin ən rəhbər postlarından birini tutub. Həmin vaxt mən də vəzifədə çalışırdım. Bir komandada təmsil olunduğumuz üçün onu tanımaya bilməzdim. Ancaq xüsusi münasibət və yaxınlıqdan söhbət gedə bilməz. Müxtəlif vaxtlarda, bəzi KİV-lər vasitəsilə mənimlə Rəsul Quliyev arasında güya hansısa iş birliyinin olmasına dair əsası olmayan xəbərlər dövriyəyə buraxılıb. Mən bu versiyanı tamamilə təkzib edirəm. Yəqin mətbuatdan da bilirsiniz ki, Rəsul Quliyevin özü də bu yaxınlarda verdiyi açıqlamada mənimlə bağlı məsələyə aydınlıq gətirdi. O, bildirib ki, Rizvan Vahabovla onun arasında heç bir işbirliyi və ya yaxınlıq yoxdur, heç olmayıb da…



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ