Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən fevralın 3-də Şabran rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatına görə, qəbulda Şabran, Siyəzən və Xızı rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Qəbul saat 11:00-da Şabran rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Şabran şəhəri, Heydər Əliyev prospekti, 60A) keçiriləcəkdir.
Bildirilir ki, Xaçmaz regional ədliyyə şöbəsi (ünvan: Xaçmaz şəhəri, H.Əliyev prospekti, bina 17, əlaqə telefonu: (02332) 5-18-88), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Şabran rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.