Millət vəkili Zahid Oruc Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin adlarının kafe və restoranlara, digər obyektlərə qoyulmasına etiraz edib. Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat bildirib ki, Şuşa və digər işğal altında olan rayonlarımızla bağlı adların ayrı-ayrı restoran və digər obyektlərə verilməsi halları yığışdırılmalıdır.
Z.Oruc Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəqil olmasını da təklif edib.