"İslam dövləti” terrorçu qruplaşması Mosulda özünün 20 üzvünü edam edib. Buna səbəb kimi onların qaçmağa cəhd etməsi göstərilir.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə kürdlərin ARA News agentliyi öz mənbələrinə əsasən xəbər yayıb.
Xəbərə görə, fərarilər İŞİD-in Mosul yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində saxlanıb. Mövqelərini tərk etdikləri sübuta yetirildikdən sonra onları şəriət məhkəməsinə veriblər. "Qısa sorğu-sualdan sonra şəriət məhkəməsi onları dövlətə (!) xəyanətdə ittiham edərək "kəllələrinin alınmasına” qərar verib” – mənbə bildirib.
Bildirildiyinə görə, fərarilər Mosulun mərkəzi meydanında yüzlərlə insanın, o cümlədən İŞİD-çilərin gözü qarşısında edam olunub. Agentlik onu da bildirir ki, edam olayı terrorçu qrup üzvləri arasında panikaya səbəb olub.