Filologiya elmləri doktoru, BDU-nun klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru Xalid Əlimirzəyev vəfat edib. Bu barədə baki-xeber.com-a mərhumun ailə üzvləri xəbər verib.
Yanvarın 30-da 84 yaşında dünyasını dəyişən professor doğulduğu Qəbələ rayonunda dəfn olunub. Ailəsindən o da bildirilib ki, həftənin ikinci günü "Tural” şadlıq sarayında üç mərasimi keçiriləcək.
Xalid Əlimirzəyev 1932-ci il dekabrın 16-da Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. 1992-1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yaradıcılıq Akademiyasının akademiki idi. 15 monoqrafiya və kitabın, 500-dən artıq elmi-publisistik məqalənin müəllifi olan Xalid Əlimirzəyev 1974-cü ildən bu günə kimi BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru idi.
Allah rəhmət eləsin