Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Leonid Kalaşnikov bu günlərdə Rusiya təyyarəsinin Türkiyə hava məkanını bir daha pozması xəbərinə maraqlı izah verib.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, o bu xəbərin əslində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə görüşünə nail olmaq üçün ortaya atıldığını bildirib.
"Görünür, Ərdoğan Putinlə görüşə nail ola bilmədiyindən, hər cür yolu sınaqdan çıxarmağa başlayıb. Lakin nə demələrindən asılı olmayaraq, onların xoş niyyətinə burada artıq heç kəs inanmır” –deyə Kalaşnikov bildirib.
Qeyd edək ki, Türkiyə XİN-in bu günlərdə Rusiya hərbi təyyarəsinin Türkiyə hava sərhədini pozması ilə bağlı bu ölkənin səfirinə xəbərdarlıq etməsinin ardından prezident Ərdoğan Putinlə görüşmək arzusunu bəyan edib.
Onu da bildirək ki, Rusiya Müdafiə Nazirliyi son təyyarə olayını təkzib edir.