Moskvada tikiş sexində çıxan yanğında 11 nəfər həlak olub. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadən xəbər verir.
Sexin bilərəkdən yandırıldığı ehtimal olunur. Yanğın yerində aşkar olunan meyitlərin slavyan mənşəli olmadığı bildirilir.
Faktla bağlı əmlaka bilərəkdən zərər vurma maddəsilə cinayət işi açılıb.