Xəzər dənizinin Türkmənistan sektorunda tapılan itkin düşmüş neftçimizin meyiti Azərbaycana gətirilib.
Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytından əldə etdiyi xəbərə görə, bu, Sahib Güloğlan oğlu Şahmarovdur. Mərhumun meyiti Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS” amfibiya tipli təyyarəsi ilə ölkəyə gətirilib.
Neftçinin meyiti aidiyyəti üzrə təhvil verilib.
Allah rəhmət eləsin.