Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçi Sahib Güloğlan oğlu Şahmarovun meyiti Azərbaycana gətirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS” amfibiya tipli təyyarəsi gecə saatlarında geri qayıdıb.